Azərbaycanla Bolqarstan arasında qarşılıqlı hörmətə,ehtimada söykənən və qarşılıqlı-faydalılıq prinsipinə əsaslanan əməkdaşlıq münasibətləri formalaşıb. Bu özünü Azərbaycan-Bolqarstan münasibətlərinin bütün istiqamətlərində göstərməkdədir.Bizim əlaqələrimiz ticari-iqtisadi, enerji, yüngül sənaye, kənd təsərrüfatı, tikinti,mədəniyyət, turizm, əczaçılıq, idman və digər bu kimi sahələri əhatə edir.
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, Azərbaycanla Bolqarstan arasındakı siyasi dialoq müsbət dinamizmi ilə fərqlənir:
"İki ölkənin dövlət və hökumət başçıları,nazirlər və digər yüksək səviyyəli rəsmiləri tez-tez Azərbaycanda və Bolqarstanda.eləcə də beynəlxalq platformalarda əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə xidmət edən görüşlərdə iştirak edirlər. Azərbaycanla Bolqarstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir.Bu özünü son illərdəki müsbət dinamizmin timsalında daha əyani göstərir.Azərbaycanla Bolqarstan arasında xarici ticarət dövriyyəsi 2005-ci ildə-105,4 milyon,2010-cu ildə-149,5 milyon,2015-ci ildə-13,2 milyon,2020-ci ildə- 16,9 milyon,2021-ci ildə 72,7 milyon dollar olmuş,2022-ci ildə isə 325,4 milyon dollara çataraq 2021-ci illə müqayisədə 4,5 dəfə artmışdır".
Deputat diqqətə çatdırıb ki, 2022-ci ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ölkəmizin Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının miqyaslarının genişləndirilməsi üçün yaxşı imkanlar açıb:
"Digər tərəfdən Azərbaycanla Bolqarstanın energetika sahəsində əməkdaşlığı ölkəmizin təbii qazının Bolqarıstana nəqli qarşılıqlı faydalılıqlılığı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu kontekstdə əldə olunun uğurlu nəticələr Azərbaycanla Bolqarıstan arasında münasibətləri yeni müstəviyə- uzunmüddətli və etibarlı strateji əməkdaşlıq səviyysinə yüksəldib.Qarşılıqlı etimada əsalanan bu cür iş birliyi nəticəsində aprelin 25-də Sofiyada imzalanan “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” buna əyanı misaldır.Həmin Anlaşma Memorandumu Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə sözügedən regiona əlavə qaz təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir və bu sahədə Azərbaycanın rolunu xeyli artırır. Son vaxtlar dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu Anlaşma Memorandumu”nun imzalanması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Avropa mənbəli rəsmi açıqlamamara əsaslanaraq deyə bilərik ki, bu qış enerji təchizatı sahəsində Avropada yaranmış gərgin vəziyyətdə Azərbaycanın tərəfindən enerji təchizatı xüsusi rol oynamışdır".
Əli Məsimli onu da deyib ki, Anlaşma Memorandumu Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasına xidmət edir:
"Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən artıq müddət ərzində tərəfdaşları üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan Azərbaycandan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək.Bu layihə Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə təchizat imkanlarını artırır və eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun realalşmasına töhfə verir. Bu Anlaşma Memorandumunun imzalanması Azərbaycanla sözügedən layihədə iştirak edən Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir. Təbii ki, Azərbaycanın Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması sahədəki genişmiqyaslı və səmərəli fəaliyyəti regionun ümumi inkişafına öz töhfəsini verəcəkdir".
Anar