Bu gün tarix elmi ilə məşğul olan alimlərin çoxu eyni fikirdədilər “Makedoniyalı İsgəndər Azərbaycanda olmayıb”. Bunu illərdir təkrar edirlər. Bir qisim alimlər avropanın antik tarixçilərinə, alimlərinə əsaslanaraq onun Azərbaycanda olmasını qəti inkar etdilər. Bəziləri isə deyir ki, böyük N.Gəncəvinin “İsgəndər” haqqında yazdıqları varsa demək olub. Amma çox alim standart iddiadan kənara çıxmayaraq onun şair xülyası olmasını önə çəkdilər. Çünki dəqiq mənbələrə istinad etməyən belə alimlər həqiqətləri oxumaq istəmirlər. İndi isə bir neçə fakt və foto ilə İsgəndərin Azərbaycanda olmasını göstərək.
1) Nüşabə- TALESTRİS :
Nizami Gəncəvi “İsgəndərnamə” əsərində dünyanı fəth etməyə çıxmış Makedoniyalı İsgəndərin Bərdəyə gəlib Nüşabə ilə görüşməsindən geniş bəhs edib. Bütün elmlərdən vaqif olan Nizami Gəncəvi kimi dahi hər hansı bir əsərin yaradanda qədim əlyazmalara və kitabələrə əsaslanırdı. Onun qəhramanı olan Nüşabə həqiqətən tarixdə mövcud olub və onun əsl adı TALESTRİS olub. Amazon kraliçası olan TALLESTRİS Bərdə ərazisində bir qalanın rəhbəri və qızlardan ibarət olan ordunun sərkərdəsi idi. Strabon “Coğrafiya” əsərində yazır:” Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar." Onun haqqında bir çox məlumatları ilk öncə yunan və Roma antik mənbələri yazmışdır. Makedoniyalı İskəndərin Onunla görüşdüyünü iddia edən ən əhəmiyyətli tarixi mənbələr tarixçilər Diodorus və Quintus Curtius Rutun hesabatları, həmçinin Justinin Pompey Troqun tarixi əsərindən bir çıxarışdır. Talestris təxminən (eramızdan əvvəl IV əsrin ikinci yarısı) - Bərdə hakimi olmuşdur. Qədim yunan tarixçisi Diodorus Sisulus bu mövzunu araşdırmış və yazır ki, “İskəndər Kurkaniyaya gələndə Tallestris adlı cəngavər qadın onu qarşılayır. İskəndər ona valeh olur və onun yanında 13 gün qalır, hədiyyələr verir”. Eramızın I əsrində yaşayan Roma tarixçisi Quintus Curtius Rufus əsərində yazır “ Amazon hökmdarı İskəndərə elan etdi ki, ondan övlad istəyir, qız uşağı doğursa, onu özü üçün saxlayır, kişi uşağı doğursa, onu ona göndərəcəkdir . Eyni fikirləri III əsrdə yaşamış Roma tarixçisi Justin də qeyd edir. İsgəndərin Şərqə yürüşündə Talestris 300 nəfərlik dəstəsi ilə onun ordusunda iştirak edir. Hindistan səfəri zamanı döyüşlərin birində öldürülür.
2) İsgəndərin Xəzinəsi
1925-ci ilin mayında Rusiyanın tanınan arxeoloqu V.İ.Sısoyevin rəhbərliyi ilə Şamaxıda kəşfiyyat ekspedisiyası təşkil edildi. Hələ 1924-cü ilin noyabrında Leninqraddan gəlmiş Avqust Mayer adlı Avropalı tədqiqatçı Bakıdakı baptist icmasının rəhbəri P.F. Savelyev ilə birgə AzSSR Xalq Komissarları Sovetinin sədri Q. Musabəyova məktub yazıb bildirilər ki, onların əlində olan dəqiq məlumatlara görə Makdeoniyalı İsgəndərin xəzinəsinin bir hissəsi Azərbaycanda yerləşir. Eyni məktublar Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininə və digər orqanlara da göndərilmişdi. Xalq Komissarları Soveti bu məsələyə aydınlıq gətirməyi Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna tapşırmışdı. Alimlər sübut ediblər ki, Makedoniyalı İsgəndər heç vaxt Azərbaycana gəlməyib və ona görə də xəzinəni burada basdıra bilməyib. Xəzinə ətrafında belə mif və eyhamlara son qoymaq üçün Şamaxıya A.Ələkbərov, V.Sısoyev, A.Fituni, V.Zummerdən ibarət kəşfiyyat və arxeoloji ekspedisiyanın göndərilməsi qərara alınmışdır. Bu qrup ərazidə araşdırma aparmış, yerli sakinlərin dilindən Makedoniyalı İsgəndər haqqında çoxlu rəvayətləri qeydə almış, ekspedisiyanın nəticələrini Cəmiyyətin “İzvestiya”sında dərc etmişdir. Burda qeyd edilmişdi ki, tapılan əşyalar Makedoniyalı İsgəndərin dövrünə aiddir. Onların istifadə etdikləri əşyalara çox bənzərdir. Lakin sonradan bu tədqiqatı aparmağa izn vermədilər. Çox maraqlıdır ki, rus arxeoloqlarının axtarışı zamanı keçmiş Atropetena, Albaniya, Midiya ərazisi kimi qeyd etdiləri yerlərdə tapıdıqları ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilməsini göstərib. O dövrdə tədavüldə Parfiya pulları da işlədilirdi. Yerli hökmdarların adına kəsilmiş pullara isə rast gəlinməmişdir. Buna baxmayaraq e.ə. III əsrdə Makedoniyalı İsgəndərin pullarına oxşar yerli gümüş alban pullarının kəsilməsi, üzərində müxtəlif süjetlərin əks olunduğu üzük formalı möhürlərdən istifadə olunması dövlətin mövcudluğundan xəbər verirdi. Eyni zamanda İsgəndərin bu ərazidə olmasını da sübut edir.
3) İsgəndər və Bakı nefti
Eramızdan əvvəl neftlə və bitum la M akedoniyalı İsgəndər də maraqlanıb. "Müqayisəli tərcümeyi-hallar" əsərində onun həyat və fəaliyyətini, hərbi yürüşlərini təsvir edən qədim yunan tarixçisi Plutarx da bu barədə məlumat verib. O bildirirdi ki, e.ə. IV əsrdə Makedoniyalı İsgəndər İrana yürüşü zamanı Girkan (Xəzər) dənizinin sahilində yerli əhalinin neftlə doldurulmuş fitilli çıraqlar yandırdıqlarını müəyyən etdi. Onun əsgərləri də buradan tuluqlarda və gil qablarda gətirilən neftdən işıqlandırma məqsədilə istifadə edirdilər. Plutarx İsgəndərin Babilistanı işğal etdikdən sonra Ekbatan (Həmədan) yaxınlığında gördüklərindən heyrətləndiyini yazırdı: “Bu uçurumdan sanki hansısa bir bulaqdan olduğu kimi, fasiləsiz alov püskürür və uçurumun yaxınlığında göl əmələ gətirən güclü neft seli axırdı. Neft dağ qatranına çox oxşayırdı...”
Antik müəlliflər yazırlar ki, İsgəndər Hindistana daxil olanda fillərə qarşı dəmir atlardan istifadə etmişdir. “Dəmirdən yapılmış atlardakı neft od olan kimi alovlanmağa başlamış və üzərlərinə yüyürən fillərin xortumlarını yanaraq məğlubiyyətlərinə səbəb olmuşdur...”. Araşdırmaçılar burada verilən məlumatlara əsaslanaraq, İsgəndərin istifadə etdiyi neftin Midiyadan(Azərbaycanın qədim adı) gətirdiyi yazılır.
İndi sizə təqdim etdiyim rəsm Yunanların çəkdiyidir. Bunu çəkən müəllif iddia edir ki,” İsgəndərin qoşunu Xəzər dənizini keçən zaman Midiya neftindən istifadə edir. “
Ona görə qədim tarixçilərə çox da inanmaq lazım deyil. Reallıq tapılan qədim qablar, sikkələr, qədim yunan yazılar, silahlar və digər əşyalar tarixi düz deyir. Hansısa bu ölkədə olmayaraq evindən çölə çıxmayan tarixçi yox.
Zaur Əliyev, dosent