Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gerçəklikləri bir daha yüksək səviyyədə tarixləşdi

Azərbaycan gerçəklikləri bir daha yüksək səviyyədə tarixləşdi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan edilib. Bununla əlaqədar respublikamızda müxtəlif miqyaslı tədbirlər keçirilir.

Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirildi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün taixi xidmətləri heç zaman unudulmayacaq. Ulu Öndər Şuşa şəhərinə əlahiddə önəm verir, onun iqtisadi və mədəni inkişafına həssaslıqla yanaşırdı: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlərAzərbaycan torpağının sahibləri olublar və QarabağAzərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.”

Ermənistan elan etmədən azərbaycana qarşı müharibəyə başladı...

Şuşa 1992-ci il mayın 9-da işğal olundu...

2020-ci il sentyabrın 27-də Ermənistan ordusu yeni ərazilər işğal etmək məqsədi ilə Azərbaycan ərazilərinə yenidən hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi idi.

Ordumuz düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini dağıtdı, strateji əhəmiyyətli yüksəklikləri, yaşayış məntəqələrini azad edərək Şuşaya yaxınlaşdı.

Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edildi...

Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev dedi: “Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”.

Ulu Öndər Şuşanın işğaldan qurtuluşunu böyük niyyətlərlə arzulayırdı.

2022-ci il “Şuşa ili” elan olunmuşdu. Şuşa ilində Şuşada bir-neçə beynəlxalq tədbir keçirilmişdi. Bu tədbirlərin Qarabağın mədəniyyət mərkəzində keçirilməsi həm İkinci Qarabağ müharibəsində qazanılan Zəfərə ehtiramın, həm də Azərbycnın xarici siyasətinin bəşəriliyinə inamın təsdiqi olmuşdu. “Heydər Əliyev ili”ndə Şuşada keçirilən bu beynəlxalq konfrans da eyni niyyətin təzahürü idi və Ulu Öndərin siyasi kursuna, azərbaycançılıq ideologiyasına sədaqət kimi tarixləşdi.

2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsi başa çatdı, üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Azərbaycanın qalib, Ermənistanın məğlub dövlət olduğunu təsdiqləyən sənəd idi.

İran Azərbaycanla həmsərhəd dövlətdir. Buna qonşuluq deyirlər. Qonşuluğun qarşılıqlı olması könül açır, olmaması könül bulandırır. Bir məsəl yada düşür: “Andına inanıram, ancaq xoruzun quyruğu görünür”. İranın Azərbaycana münasibəti bu məsəlin mahiyyəti kimidir. Ermənistanla bütün sahələr üzrə, hətta hərbi sahə üzrə əməkdaşlıq edən, İkinci Qarabağ müharibəsində imzalanan üçtərəfli bəyanatın tələblərini yerinə yetirməyən məğlub dövlətə gizlin yardımlar edən, onun revanşist meylinin icrasında yardımçı olmaq istəyən İran qonşuluq qanunlarını kobudcasına pozur. Bu, onun dövlətçilik xarakterinin mahiyyətini açır. Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev dedi: “İşğal dövründə bizim İrandan daha çox gözləntilərimiz var idi. İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs veriblər. Bununla belə, Azərbaycanda yaşayan insanlar kimi, biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi”.

Şuşada keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xatırlatdı ki, Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsip irəli sürdü. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu. Bu xatırlatma tədbir iştirakçıları üçün başa çatmış müharibənin tərəflərinə münasibətdə bundan sonrakı mövqenin necəliyini müəyyənləşdirməyə yönəldən ideoloji tezis kimi qəbul edildi…

Beynəlxalq Şuşa konfransında Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da, Qafqazın vahid bir orqanizm olduğunu, Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyaların həmişə vacib amil rolunu oynadığını, bunun həm Moskvada, həm də Bakıda yaxşı başa düşüldüyünü, çoxsaylı yüksək səviyyəli təmaslarda həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyinin qeyd olunduğunu bildirən cənab Prezidentimiz dünyanın aparıcı dövlətlərinin Azərbaycana münasibətində məqsədyönlü “ögeylik” olduğunu da qeyd etdi: “Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi”...

Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans Azərbaycan gerçəklilərinin yüksək səviyyədə ifadəsi kimi tarixləşdi. Həm də “Heydər Əliyev ili”ndə, həm də Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada!..

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Xəbəri paylaş