Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kaspersky xəbərdarlıq edir: şifrənizi oğurlaya biləcək 6 təcavüzkar üsulu

Kaspersky xəbərdarlıq edir: şifrənizi oğurlaya biləcək 6 təcavüzkar üsulu


Bir çox insan fırıldaqçıların adi istifadəçilərlə maraqlanmadığına inanır. Bəlkə də onların belə istifadəçilərə həqiqətən də ehtiyacı yoxdur, amma şəxsi məlumatlar çox vacibdir. Newscenter.az xəbər verir ki, şəxsi məlumatlar bu gün qızıl kimi dəyərlidir və onu bir qızıl xəzinəsi kimi diqqətlə qorumaq lazımdır. Kaspersky təcavüzkarların şəxsi məlumatlarınızı necə oğurlaya biləcəyi və bunun qarşısını almağın üsulları haqqında danışır.

Məlumatlar nəyin köməyilə oğurlanır?

1.Troyan oğrular (stealer). Cihazınıza daxil olan bu səssiz casuslar adətən heç bir mövcudluq və fəaliyyət əlamət göstərmirlər. Axı, onlar nə qədər çox diqqətdən kənarda qalsalar, sizdən oğurlanmış məlumatları, məsələn, bank tətbiqlərinə və ya oyun xidmətlərinə daxil olmaq üçün şifrələri təcavüzkarlara biq o qədər rahat şəkildə ötürə biləcəklər.

Troyan başqa istifadəçi tərəfindən göndərilən, vebsaytdan endirilən və ya bəzi xarici media daşıyıcısından götürülən zərərli faylı açdıqdan sonra kompüterinizdə və ya smartfonunuzda görünə bilər. Potensial olaraq, internetdən götürülən istənilən icra edilə bilən fayl tələ ola bilər.

Necə qorunmaq olar? Bu cür sızmalarla mübarizə aparmaq üçün casus proqram troyanlarını aşkarlaya və bloklaya bilən təhlükəsizlik həlli quraşdırmaq tövsiyə olunur. Yeni Kaspersky xəttinin istənilən səviyyəsindən istifadə edirsinizsə - Standard, Plus və ya Premium - sizdə artıq belə alətlər var:

• Fayl Antivirusu cihazınız və ona qoşulmuş media daşıyıcısındakı məzmununu skan edir və zərərli faylları aşkarlayır;
• Poçt Antivirusu poçt müştərisindəki təhlükəli qoşmaları və linkləri bloklayır.

2. İctimai WiFi. Şifrələnməmiş və ya köhnə WEP protokolu ilə qorunan Wi-Fi şəbəkəsindən istifadə etsəniz, təcavüzkarlar şəbəkə üzərindən göndərilən məlumatları (şifrələr daxil olmaqla) ələ keçirə bilər. Oğurluğun başqa bir variantı hakerin mövcud Wi-Fi şəbəkəsinin adına oxşar addan istifadə edərək açıq Wi-Fi giriş nöqtəsi yaratmasıdır (onu adətən yaxınlıqdakı kafe, otel və ya biznes mərkəzinin adı ilə adlandırırlar). Fərqi görməyən istifadəçilər saxta Wi-Fi-yə qoşulurlar və onların bütün internet trafiki təcavüzkarın nəzarəti altına keçir.

Necə qorunmaq olar? Şəbəkə adlarını diqqətlə yoxlamaq, şübhəli giriş nöqtələrindən uzaq durmaq və cihazlarınızın simsiz şəbəkələrə avtomatik qoşulmasına icazə verməməklə bu sızmaların qarşısını ala bilərsiniz.

3. Fişinq. Fişinq e-poçtları sizi aldatmaq məqsədi daşıyır ki, saxta sayta daxil ola və şəxsi mlumatlarınızı oraya daxil edəsiniz. Bu, bank hesabınızın bloklandığı barədə mesaj və ya onlayn kinoteatrlara abunəlik təklifi ola bilər.
Necə qorunmaq olar? Sizə göndərilən internet ünvanlarına diqqət yetirin: bəzi saxta sayt adları ünvanda əlavə hərf, qoşa domen adı və s. ilə fərqləndirə bilərsiniz. Ancaq bu həmişə kömək etmir. Müasir təcavüzkarlar saxtakarlıqlarını gizlətməyi yaxşı öyrəniblər. Burada fişinq hücumlarını tanıya və onlar haqqında xəbərdarlıq edə bilən təhlükəsizlik həllinin köməyi ilə özünü slğortalamaq daha yaxşı olar.

4. Brauzer vasitəsilə hücumlar. Çox vaxt şifrələr brauzer zəiflikləri və ya brauzer uzantıları vasitəsilə oğurlanır. Birinci halda, veb-səhifədə xüsusi hazırlanmış zərərli kod sizə qarşı casus yerləşdirməyə imkan verir. İkinci halda, siz özünüz faydalı deyə təqdim olunan bir brauzer qoşması və ya uzantısı vasitəsilə bir casus skripti quraşdırırsınız. Bundan sonra, məsələn, hər hansı bir bank saytına daxil olduğunuz zaman bu skript trafiki haker proksi serveri vasitəsilə yönləndirir və bununla da şəxsi məlumatlarınızı onun ”ovcuna qoyur”.

Necə qorunmaq olar? Kaspersky Plus və Premium versiyalarında bu cür hücumlara qarşı müdafiə Təhlükəsiz ödənişlər xidməti tərəfindən təmin edilir. Onlayn mağazaların və ya bankların saytlarını ziyarət etdikdə və ya onlayn ödəniş sistemlərindən istifadə etdikdə avtomatik olaraq Qorunan Brauzer rejimini işə salır.

5. Harda gəldi şifrə daxil edilməsi. Bir çox insanlar hələ də şifrələri stikerlərə və digər kağız parçalarına yazır və kağız parçalarını kənar adamın asanlıqla görə biləcəyi yerlərə qoyurlar. Kompüterinizdə və ya smartfonunuzda etibarlı olmayan mətn fayllarında şifrə yazmaq da eyni dərəcədə təhlükəlidir və daha çox, avtomatik daxil etmə üçün şifrələri brauzerdə saxlaya bilməzsiniz.

Necə qorunmaq olar? Güclü şifrələmə ilə qorunan şifrə saxlanma bazası köməyinizə çatacaq. Bütün login və şifrələrinizi belə buraya əlavə edə bilərsiniz ki, sonrasında təkcə saxlanma bazasının şifrəsini daxil etməyiniz kifayət edir. Kaspersky Plus və Premium tariflərində belə təhlükəsiz saxlanma bazası rolunu Kaspersky Password Manager proqramı yerinə yetirir

6. Xarici sızmalar. Yuxarıda deyilənlərin hamısı sizin tərəfinizdəki şifrənin itirilməsi ilə bağlıdır. Ancaq istifadə etdiyimiz uzaq İnternet xidmətlərində tez-tez sızmalar baş verir. Bu, onlayn mağaza, sosial şəbəkə, kriptovalyuta və giriş zamanı autentifikasiyadan istifadə edilən hər hansı digər resurs ola bilər. Belə bir saytın sındırılması nəticəsində hakerlər şifrələr və digər şəxsi məlumatlarla birlikdə böyük istifadəçi bazası əldə edə bilirlər.
Necə qorunmaq olar? Kaspersky Plus və Premium etibar edə biləcəyiniz sızma yoxlanılması xidmətinə malikdir. O, "Məxfilik" bölməsində yerləşir və Məlumat Sızması Axtarışı adlanır. E-poçtunuzu daxil etməklə siz onun və ona bağlı məlumatların bəzi oğurlanmış məlumatlar bazasında, o cümlədən qaranlıq internetdə “səhnə alıb-almadığını” yoxlaya bilərsiniz. Telefon nömrəsi ilə əlaqəli hesablarda məlumat sızmasının yoxlanılması 2023-cü ilin may ayından etibarən Kaspersky Premium tarif planının bütün istifadəçiləri üçün əlçatan olacaq.
Xəbəri paylaş