Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əmək haqqı hansı hallarda gecikdirilərsə, bu zaman işəgötürən işçiyə əlavə ödəmə edər? -ÖZƏL

Əmək haqqı hansı hallarda gecikdirilərsə, bu zaman işəgötürən işçiyə əlavə ödəmə edər?


Son vaxtlar bir sıra şirkət və müəssisələrdə, müxtəlif sektorlarda fəaliyyət göstərən qurumlarda əmək haqqının gecikdirilməsi kimi neqativ hallara rast gəlinir. Lakin hüquqi maarifləndirmənin zəif olması səbəbindən işçi əmək haqqı gecikməsinə görə işəgötürəndən buna görə cərimə, yaxud əlavə ödəmə tələb etmir. Bəs görəsən, əmək haqqı gecikməsinə görə, işəgötürən tərəfindən işçiyə əlavə nə qədər vəsait ödənməlidir?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirovanın sözlərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir:

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11.04.2023-cü il tarixli Plenium qərarına əsasən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Həmçinin işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər”.

Vəfa Qədirova onu da deyib ki, «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir:

“Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir”.

İnqilab Süleymanov
Xəbəri paylaş