Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərtlər Qalib liderlə razılaşdırılır -ÖZƏL

Şərtlər Qalib liderlə razılaşdırılır


Nəhayət ki, Azərbaycan və Ermənistan liderlərinin Rusiyanın vasitəçiliyi ilə Moskva görüşü baş tutdu. Görüşdən sonra orada müzakirə edilən məsələlər, Moskva görüşünün əhəmiyyətinin nədən ibarət olduğu barədə müxtəlif fikirlər səsləndir.

Newscenter.az-ın xəbərinə görə, siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev deyir ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin keçirilən Üçtərəfli görüşündə yekun sənəd imzalanmasa da, proses sülh yolunda neçə müddətdir ki, davam edən danışıqların irəliləməsi reallığını və sülh sazişindən başqa alternativin olmadığını nümayiş etdirdi:

"Kreml tərəfindən verilən mesajlar da görüşün sülh sazişi ilə bağlı əsas məsələlərin praktik həllində yaxşı müqəddimə olmasına işarədir. Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın fiziki və psixoloji gərginliyi fonunda İrəvanın danışıqların səmtinə başqa istiqamətə çəkmək cədlələrinin boşa çıxdığının və masadakı sülh gündəliyinin detallarına əməl etməkdən başqa çarəsi qalmadığını görmək olardı".

Onun sözlərinə görə, Brüsseldən sonra Paşinyan Moskvada da Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıdığını bir daha bəyan etməsi sülh sazişinin əsas etibarilə Azərbaycanın “Beş prinsip” modelinə əsaslandığından xəbər verir:

İrəvan Azərbaycanın 86.6 min.kvadrat kilometrlik ərazisinin toxunulmazlığına birmənalı sadiqliqliyini nümayiş etdirməklə Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində hərəkət etmələrini qəbullandığını təsdiqləyir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə rəsmi bəyanatları sülh sazişinin maddələrinin razılaşdırılmasını daha da asanlaşdıracaq. Hərçənd Paşinyan erməni xislətinə sadiq qalaraq suyu bulandırmağa və danışıqların nikbin və pozitiv ruhunu korlamağa çalışsa da, Azərbaycan Prezidentinin sarsılmaz sərt iradəsi qarşısında susmaqla əlini geri çəkdi".

Vaqif Abdullayev bildirib ki, Paşinyan Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət postu qoymasını guya yolu bağlması kimi təqdim etməyə cəhd etsə də Cənab İlham Əliyevin “Biz heç bir yolu bağlamamışıq. Beynəlxalq hüquq normaları çərçivəsində öz sərhədimizdə nəzarət-buraxılış məntəqəsi yaratmışıq” cavabı İrəvanın yerində susmasına bəs etdi:

"Bu bəyanatın Kremlin sarayında səsləndirilməsi Azərbaycanın bölgədə söz sahibi olmasının prinsipal təzahürü olmaqla yanaşı, Rusiyanın daxili işlərimizə qarışa bilməz mesajı idi. Hərçənd V. Putin də Azərbaycan Prezidentinin bu bəyanatını normal jestlə qarşılamaqla Bakının mövqeyilə razılaşdığını ifadə etmiş oldu. Zirvə görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putinin bəyanatları da maraq doğurmaqla Bakının istək və mənafelərinə yaxın idi. Putinin “vəziyyət nizamlanma istiqamətində inkişaf edir” fikri ilk növbədə, Ermənistanın geriyədönməz sülh layihəsinə imza atmaqdan başqa yolunun olmadığı xəbərdarlığı idi".

Sonda Vaqif Abdullayev onu da diqqətə çatdırıb ki, sülh xəritəsinin əsas mühüm detallarından biri bölgədə komminikasiyaların açılmasıdır ki, Moskva görüşündə Rusiya bu məsələyə də dəstəyini ifadə etməklə mövzunu qətiləşdirdi:

"V. Putinin “bizim əsas istiqamətlərimizdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir, bu mövzunu ətraflı müzakirə etdik. Məsələ terminologiya və texniki detallardır və aradan qaldırılması mümkün olan maneələrdir. Bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır” fikri Zəngəzur dəhlizinin açılmasında Kremlin də maraqlarının ifadəsi idi. Hətta Paşinyan tərəfindən Rusiyanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmasını ilk dəfə dilə gətirməsini etiraf etməsi də İrəvanın kommunikasiyalar məsələsində razılaşmaqdan başqa çıxış yolunun olmadığını göstərir. Beləliklə, Moskva danışıqlarında Azərbaycanın iradəsinə uyğun sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması üçün möhkəm zəmin hazırlandı".

Anar Əliyev
Xəbəri paylaş