Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 105 il ötür. Cümhuriyyətin yaranması və fəaliyyətinin siyasi fəlsəfəsinə dövrün reallıqları və bugünkü gerçəkliklər əsasinda diqqət yetirdikdə 5 qənaət ifadə edə bilərik:
MİLLİ İSTİQLALİYYƏT MÜCADİLƏSİNİN ŞANLI SƏHİFƏSİ
BİRİNCİSİ, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində mürəkkəb beynəlxalq münasibətlər sistemində xalqımızın milli istiqlaliyyət mücadiləsinin şanlı səhifəsi kimi tarixi hadisə idi. Cümhuriyyətimizin yaradılması azərbaycanlı milli kimliyinin müstəqillik idealına əsaslanan siyasi iradəsinin ifadəsidir.
XX ƏSRİN ŞƏRQ DÜNYASI ÜÇÜN MÜTƏRƏQQİ NÜMUNƏ VƏ PERSPEKTİV SİYASİ İNKİŞAF MODELİ
İKİNCİSİ, Cümhuriyyət XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın siyasi modelinə çevrildi.
TARİXİ MİRAS: ZƏNGİN DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ VƏ İDARƏETMƏ MƏDƏNİYYƏTİ
ÜÇÜNCÜSÜ, Xalq Cümhuriyyəti dövründə zəngin dövlətçilik ənənələri və idarəetmə mədəniyyəti formalaşdırıldı. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu, eləcə də milli dövlətçiliyin əsaslarının gücləndirilməsi sahəsində mühüm qərarları ilə yadda qaldı.
TƏKRAR OLUNMAYAN TARİX, YAXUD ƏBƏDİ MÜSTƏQİLLİK
DÖRDÜNCÜSÜ, bir əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Ümummili Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində Xalq Cümhuriyyətinin taleyini yaşamaq – müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.
YENİ ZİRVƏLƏRƏ DOĞRU...
BEŞİNCİ, Cümhuriyyətin ənənələrini yaşadan müasir müstəqil Azərbaycan Respublikası yeni zirvələr fəth edərək zəngin dövlətçilik tariximizin növbəti şərəfli səhifələrini yaradır. Ümummilli Lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin müasir çağırışlara əsaslanan proqressiv siyasəti nəticəsində tarixi nailiyyətlər qazanan, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan çoxəsrlik dövlətçilik tarixində heç vaxt indiki qədər güclü-qüdrətli olmayıb.
Nurlan Qələndərli-YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri