Artıq bir neçə gündür iki tərəf arasında odlu müharibə gedir. Amerika 2021-ci ildə Əfqanıstanı Talibana təslim edərək bölgəni tərk etdi. Talibanı vaxtı ilə kommunizmə qarşı silahlandıran elə Amerikanın özü idi.
Taliban Əfqanıstanda teokratik bir idarəetmə sistemi qurdu. Amerika və İsrail Talibanı Pakistan və İrana qarşı mübarizədə effektiv ünsür kimi qiymətləndirir. Amerika və İsrail İrana qarşı "proksi" müharibəni Talibanın əli ilə etmək qərarı verdi.
İranın Əfqanıstanla sərhədində yerləşən Sistan və Bəlucistan bölgəsi sünni kəsimidir. İranın parçalanması planında bu bölgələr İranın əlindən çıxardılmalıdır. Müharibənin başlama səbəbi resurslar(su qaynaqları) üstündədir. Həmçinin rəsmi Tehran Taliban hökumətini de-yure tanımadığını elan etdi. Bu da konflikti müharibəyə təhrik edən əsas səbəblərdən oldu.
Talibanla müharibə əsnasında İranın şimalındakı azərbaycanlılar da oyanış göstərsə, tarix bir teokratiyanın tənəzzülünün şahidi ola bilər. Amma çox gərgin gedən bir prosesdir. Tehran iqtidarı kompromis etməlidir ki, əlindəki "5"-in heç olmaya "3" etməyə!
Hücum edən tərəf Talibandır. Hücüm edən tərəfin üstünlüyü müdafiə olunana nisbətən azdır. Mütləq ki, Taliban Amerika istehsalı silahlardan istifadə edəcək. Mənim fikrimcə vasitəçi olmağa çalışacaq əsasən iki dövlət-Rusiya və Çin var.
Taliban çox yaxşı "gerilla" müharibəsi edə bilir. Bu sahədə böyük təcrübəsi var. Amma resursları məhduddur. İran təkcə Talibanla müharibə aparacaqsa, taviz verməməyə çalışacaq.
İranın parçalanması, "loyal"laşdırılması planlaşdırılıb. Qaçış çətin ola!
Konfliktoloq Elman Vəliyev