Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq Cümhiriyyətinə qədər Azərbaycanda mövcud olmuş Xırmandalı Respublikası

Xalq Cümhiriyyətinə qədər Azərbaycanda mövcud olmuş Xırmandalı Respublikası


Azərbaycan Xalq Cümhuriyyəti elan edilən günə qədər Azərbaycanda özünü müstəqil respublika elan etmiş bir ərazimiz olub.

Xırmandalı Respublikası

Bura türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları qaynaqlarda var.

Burda iki mübahisəli məqam var. Cəmil Həsənli 1930-cu il Şaumyan adına İnstitutun xatirə gecələrinə aid protokollara əsaslanıb bu kəndin Biləsuvar ərazisində olan Xırmandalı olduğunu yazır. Amma 1974-cü ildə çap edilən "Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə tarixindən" kitabında yazılır ki, bu kənd Masallı rayonu ərazisində yerləşib.

Coğrafi yerləşməsinə görə Respublika elan etməsi daha çox Biləsuvar Xırmandalasına uyğun gəlir, çünki mərkəzdən kənarda yerləşən bu kəndin daha çox müstəqilik elan etməsini təsdiq edir.

1917-ci ilin yayında Lənkəran qəzasında Rus imperiyasına qarşı sinfi mübarizəsi o dərəcədə kəskinləşmişdir ki, burda yaşayan əhali vergi verməkdən imtina edirdilər. Xüsusilə bu ərazidə yaşayan qaçqın ruslar ilk dəfə olaraq İmperiya və ona xidmət edən bəylər və yerli məmurlara vergi vermək istəmirlər. Onlar azərbaycanlıları bu mübarizədə yanlarında olmağa çağırış edirlər. İlk dəfə olaraq da onların səsinə səs verərək Xırmandalı kənd sakinləri heç kimə tabe olmadıqlarını elan edərək kəndlərini “respublika” elan etmişlər “Xırmandalı Respublikası” yerli hökumət olaraq 1917-ci ilin yayından 1918-ci ilin yayına qədər mövcud olmuşdur.

Demokratik idarəçilik prinsiplərini tətbiq etməyə çalışan Respublikanın parlamenti kənd ağsaqqalları idilər. Respublikanın taleyi ilə bağlı qərarlar ümumi qərar əsasında qəbul edilirdi. Xarici işlər, daxili işlər, iqtisadi işlərə baxan, kənd təsərrüfatına baxan şəxslər belə təyin edilmiş idi. Respublikanın çox heyf ki, arxivdə yox edilən məktubları olub. Türkiyə və İrana..onlar məktubda Xırmandalı Respublikasının müstəqilliyini tanımasını xahiş ediblər. Çox qəribədir ki, 100 nəfərdən bir az çox əsgəri olan ordusu da olub Respublikanın. Respublikanın rəsmi dili ərəb qrafikli Azərbaycan dili olub.

Azərbaycan cümhuriyyəti qurulandan sonra bu balaca respublika yeni hökumətin və dövlətin tərkibində olmaq üçün qərar qəbul etmişdir.

Zaur Əliyev, dosent
Xəbəri paylaş