Türkiyənin paytaxtı Ankara şəhərinin Elmadağ rayonunda yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.
Bildirilib ki, müəssisə Maşınqayırma və Kimya sənayesinə məxsusdur.
Məlumata görə, yanğından və tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.
Hadisə yerinə xilasedicilər, yanğın söndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.
Yanğının səbəbləri və şəraiti araşdırılır.