Azərbaycan Qanunvericiliyini bilməyən, savadsız və təcrübəsiz kadrların irəli cəkilməsi qəbuledilməzdir. Belə ki, Dövlətin kadr siyasəti kökündən qorunmayanda, əlavə problemlər meydana çıxır ki, əziyyətini uzun illər Dövlət xidmətdə olan təcrübəli və savadlı mütəxəsislər çəkməli olur.
Nədən? Çünki bəzən işi iş bilənə tapşırmırıq. Təcrübəli, savadlı hüquqşünaslar kənarda qalır, bu sahəyə aidiyyatı olmayan şəxslər rəhbərlikdə təmsil olunur. Hətta, elə strateji sahələr var ki, həmin şöbələrə mühəndis, zootexnik, hətta baytar ixtisaslı şəxslər rəhbərlik edir. Bu az kimi, hərbi xidmətdə olmayan, saxta diplomla xidmət edən rəis müavinləri vəzifəsinə qədər yüksəlmiş şəxslər utanmadan rus dilini bilmədiyi halda, Rusiyada öz diplomları kimi saxta yollarla hüquq təhsili almaq həvəsinə düşüblər. Belə şəxsləri isə təbii, əməliyyat axtarış fəaliyyətini, hüququn aliliyi konsepsiyasını, funksional vəzifə borclarının yerinə yetiriıməsi istiqamətimdə işlərini bilməyən şəxslər, insanların maarifləndirilməsi və praktiki iş deyil, pul qazanmaq maraqlandırır, öz sahələrini al-ver predmetinə çevrilir.
Elə vəzifəli şəxslər də var ki, hətta nazir müavini adındakı axrıncı hərfin “Z” yoxsa “S” olduğunu bilmirlər, yuxarı rəhbərliyə məktub ünvanlayarkən “cənab”, yoxsa “cənabları” ifadəsinin işlədilməsində yanlışlığa yol verirlər, başqalarını köməyə çağırırlar. Belə şəxslər Dövlət qulluqunun inkişafında nə dərəcədə yaxından iştirak edə bilərlər ki?! Təəccüb və təəssüf doguran hal isə ondan ibarətdir ki, görəsən, həmin şəxslər vəzifələrə təyin edilərkən, kadrlar xidməti onlardan soruşurlarmı ki, bu işi bacarıb Qanunlara riayət edəcəksənmi?
Əli İbrahimov-hüquqşünas