Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göycə gölünün səmasında Azərbaycan Bayrağını nümayiş etdirə bilərik

Göycə gölünün səmasında Azərbaycan Bayrağını nümayiş etdirə bilərik


Naxçıvanla şərti sərhəddə yerləşən Arazdəyən ərazisində tikilən metallurgiya zavodunda ermənilərin ABŞ bayrağını yerləşdirməsi növbəti düşmən təxribat kimi dəyərləndirilə bilər.

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Onun sözlərinə görə, vavab addımı kimi, Göycə gölünün səmasında və ya İstisu rayonunun girişində Azərbaycan Bayrağını nümayiş etdirə bilərik:

"ABŞ şirkəti tez ya gec inşaatdan sonra bayrağı ilə rədd olub gedəcək, amma Azərbaycan Əsgəri yerləşdiyi yerdən heç zaman və heç yerə getməyəcək".

Ekspert daha sonra bunları qeyd edib:

"Başqa sözlə desək, baş verən istənilən, hətta neqativ hadisədən, necə olursa olsun, xeyrimizə istifadə etməyi bacarmalıyıq. Fasiləsiz Qələbələrin əldə edilməsinin tək düsturu budur".

Anar Əliyev
Xəbəri paylaş