"Ukraynanın müttəfiqləri son ukraynalı qalana qədər Rusiya ilə döyüşməyə qərar verib".
Newscenter.az Rusiya mediasına istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. İclasa videokonfrans vasitəsilə qatılan Kreml rəhbəri Qərb ölkələrinin Ukraynaya texnika verə biləcəyini, ancaq canlı qüvvə sarıdan ona kömək edə bilməyəcəyini vurğulayıb.
Rusiya müdafiə naziri Sergey Şoyqu isə Ukrayna ordusunu son 16 gündə aktiv döyüşlərdən sonra əhəmiyyətli itkilər verdiyini diqqətə çatdırıb.
"Düşmən fəaliyyətini azaldıb. Hazırda o, qoşunlarını yenidən qruplaşdırmaqda maraqlıdır"- deyə, Şoyqu bildirib.
Anar TAGİYEV