Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil dövlət quruculuğu yolunda Heydər Əliyev faktoru -ÖZƏL

Müstəqil dövlət quruculuğu yolunda Heydər Əliyev faktoru


"Tariximizin qədim və orta əsrlər dövrünə nəzər yetirdikdə zəngin dövlətçilik ənənələri, ümummilli dəyərlər və yüksək inkişaf etmiş mədəniyyət ilə qarşılaşırıq. Təəssüf ki, XVIII, XIX və XX əsrlərdə regionda gedən mürəkkəb ictimai-siyasi proseslər və Cənubi Qafqazın müxtəlif dövlətlər tərəfindən nüfuz dairələrinə bölünməsi XVIII əsrdə Azərbaycanın vahid dövlət şəkilindən çıxaraq kiçik dövlət qurumlarına parçalanmasına, XIX əsrdə Çar Rusiyasının əsarətinə düşməsinə, XX əsrdə isə qısamüddətli müstəqilliyinə qovuşsa da Sovet Rusiyasının əyalətinə çevrilməsinə səbəb olmuşdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Üzeyir Məmmədli səsləndirib. O bildirib ki, xüsusilə XX əsr xalqımız üçün daha ağrılı xatirələr ilə xatırlanır:

"Çünki, bu dövrdə sovet hakimiyyəti Azərbaycan xalqına qarşı antimilli siyasət yürütmüş, üzdə olan ziyalıları repressiyalar vasitəsilə məhv etmiş, milli şüurun sarsılması istiqamətində müxtəlif addımlar atmışdır. Ancaq 1969-cu ildə Azərbaycan SSR KP MK-nin sədri seçilən Heydər Əliyev özünü böyük təhlükələrə ataraq sovet hakimiyyətinin ikiüzlü siyasətinə qarşı çıxmış, milli kadrların yetişdirilməsi üçün əməli işlər görmüş, Azərbaycanı geridə qalmış və zəif inkişaf etmiş kənd təsərrüfatı ölkəsindən sənayenin və kənd təsərrüfatının yanaşı və yüksək inkişaf etdiyi bir ölkəyə çevirmişdir".

O qeyd edib ki, Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili elan olunması da Heydər Əliyevin müstəsna xidmətləri sırasına daxildir:

"Böyük şəxsiyyətin məhsuldar fəaliyyəti nəticəsində gələcəkdə Azərbaycanın milli maraqlarını qoruyacaq, onun dövlət müstəqilliyinin bərpa olunmasında böyük xidmətlər göstərəcək vətənpərvər ruhlu ziyalı elita formalaşdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə onlar keçən əsrin 80-ci illərinin sonlarında xalqımızın azadlıq ruhunu alovlandırıdılar və milli azadlıq hərəkətanın son mərhələsinin əsasını qoydular. Bu hərəkatın sonu isə bizə müstəqil Azərbaycanı bəxş etdi".

Üzeyir Məmmədli yaxın tarixə nəzər salaraq diqqətə çatdırıb ki, SSRİ-dəki yüksək vəzifəsindən ayrıldıqdan sonra Azərbaycana gələn ümummilli lider Heydər Əliyev bir müddət öz fəaliyyətini Naxçıvanda davam etdirdi:

"Sovet Rusiyası dağıldıqdan sonra müstəqilliyimizi qazansaqda səriştəsiz siyasi hakimiyyətin qeyri-məhsuldar fəaliyyəti nəticəsində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Belə taleyüklü bir mərhələdə xalq xilas yolunu dünya şöhrətli siyasətçi, uzaqgörən şəxsiyyət Heydər Əliyevdə gördü. O, xalqın təkidli-tələbi ilə yenidən siyasi hakimiyyətə geri döndü. Onun qayıdışı ilə ölkədaxili xaos və anarxiyaya son qoyuldu və müasir dövlət quruculuğu sahəsində böyük işlər görüldü. 44 günlük vətən müharibəsində müzəffər ali baş komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun əldə etdiyi tarixi qələbənin təməlində də məhz Heydər Əliyev siyasəti və uzaqgörənliyi dururdu".

Anar Əliyev
Xəbəri paylaş