
"Gürcüstanda azərbaycanlılara qarşı zorakılıq və onların gürcü dilini bilməməyə görə hücuma məruz qalması planlı şəkildə aparılır".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiyada da eyni ssenari tətbiq olunur:
"Görünür, Rusiyanın Gürcüstandakı nümayəndəsi B. İvanaşvilinin kölgəsində olan "Gürcü Arzusu" bütün təlimatları Moskvadan alır. Zəngəzur dəhlizinin açılmasına görə təşvişə düşən "Gürcü Arzusu" (Rusiyanin uşaqları) Borçalıda azərbaycanlıları sıxışdırırlar".
O deyib ki, Gürcüstan hökuməti Rusiya hakimiyyəti kimi siyasət aparır:
"Qərblə münasibətlərin kəskinləşməsi və qonşularla problemlər".
Anar Əliyev