Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan bundan sonra hərbi təxribatalara əl ata bilər -ÖZƏL

Ermənistan bundan sonra hərbi təxribatalara əl ata bilər


"Ermənistan bundan sonra hərbi təxribatalara əl ata bilər. Artıq, Azərbaycanın mövqeyi daha da gücləndi. Ermənistan məcbur qalıb, "Humanitar şousuna" son qoyacaq. Sərhəddə yığdığı TIR-ı geri qaytaracaq. Bundan sonra Qarabağdakı ermənilərin Xankəndi-Ağdam yolu ilə təchizatın çatdırılmasına razılaşması mümkündür. Ermənistanın Azərbaycana qarşı diplomatik və siyasi həmlələri uğursuzluğa düçar oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağa dair vəziyyətin müzakirəsi barədə danışarkən səsləndirib. Politoloq deyib ki, BMT TŞ Ermənistanın müraciət etdiyi ən yüksək orqandır. Bununla da Yerevanın Azərbaycana qarşı siyasi demoqagiyası iflasa uğradı:

"Qeyd edim ki, BMT TŞ-nın vaxtı ilə dörd qətnaməsinə məhəl qoymayan Ermənistan bu ali orqandan Azərbaycana qarşı ədalətsiz qərar gözləyirdi. Məhz BMT TŞ Ermənistanın bu siyasətinə nə qətnamə, nə bəyanat, nə də mətbuata açıqlama verməməklə, öz ali nüfuzunu qorumuş oldu".

Məhəmməd Əsədullazadə daha sonra bunları qeyd edib:

"Ermənistan Qarabağda yaşayan ermənilərin vəziyyəti və Laçın yolu ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaqla Azərbaycana qarşı beynəlxalq təzyiqin formalaşdırılmasına nail olacağını hesab edirdi. Baxmayaraq ki, iki dəfə Ermənistanın bu kimi cəhdləri BMT TŞ qəbul edilməyib. Məhz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT TŞ iclasına qatılmaqla hər hansı bir qərarın qəbul ediləcəyinə təsir edəcəyini düşünürdü. Bu fakt göstərir ki, Ermənistan hakimiyyəti praktiki sülh müqaviləsinin bağlanmasında maraqlı deyil.

Ermənistan rəhbərliyi BMT TŞ Azərbaycana qarşı qətnamənin qəbul ediləcəyinə və bundan sonra hərbi təxirbatalara başlayacağını planlaşdırırdı. Ona görə də sərhəddə hərbi qüvvələrini cəmləşdirirdi.

Amma, proseslər Ermənistanın əleyhinə çevrildi. Çünki, Cənubi Qafqazda yeni geosiyasi nizam qurulub. Bu sülhü və təhlükəsizliyi özündə ehtiva edir. Bir ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı qətnamə qəbul edilə bilməz. Əgər, Azərbaycan əleyhinə qətnamə qəbul edilsəydi, bu, beynəlxalq hüquqa qarşı olardı. Çünki, Qarabağda yaşayan erməni sakinlər blokdada deyil. Bu məsələlər Azərbaycanın daxili işidir. ABŞ və digər iştirakçı ölkələr Azərbaycana qarşı qətnamə qəbul etməməklə, bir növ regionda öz mövqelərini qoruyub saxlayacaq. Qeyd edim ki, Ermənistan Azərbaycanın daxili işinə qarışmaqla ilk növbədə qüvvədə olan norma və prinsiplərə qarşı çıxır".

Anar Əliyev
Xəbəri paylaş