Ölkələrin Azərbaycan – Ermənistan münaqişəsinə münasibətinin düzgün analizi üçün həmin ölkələrin daxili vəziyyətini, dövlət və hökümət maraqlarının da nədən ibarət olduğunu bilmək lazımdır.
İran – münaqişənin bitməməsini, Zəngəzur dəhlizin açılmamasını istəyir. Münaqişənin bitməsini Azərbaycanın regionda güclənməsi kimi görür. Zəngəzur dəhlizin açılması ilə bağlı iqtisadi əsasları qəbul etmir. Çünki region üçün özünün çoğrafi mövqeyi itir. Eyni zamanda, dəhlizin açılması ilə Türk ölkələrinin əlaqələrinin genişlənəcəyini və güclənəcəyini bilir. Bunun da regionda türkçülüyün inkişaf etdirəcəyini bilir. Ökəsində yaşayan milyonlarla azərbaycanlıya görə türkçülüyün inkişafını özü üçün böyük təhlükə hesab edir.
Rusiya – münaqişənin bitməməsini istəyir. Çünki tərəflərə, əsasən də Azərbaycana təsir imkanlarını əldə vermək istəmir. Zəngəzur dəhlizinin “Üçtərəfli” bəyanat çərçivəsində, yəni dəhlizin təhlükəsizliyinin onun təmin etməsi şərti ilə açılmasında maraqlıdır. Həm də dəhliz vasitəsilə Yaxın şərq qısa vasitə ilə çıxış imkanı qazanacaq.
Türkiyə - münaqişənin bitməsində və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu istiqamətdə Azərbaycana tam dəstəyini göstərir.
Avropa İttifaqı – münaqişənin bitməsini istəyir. Çünki Rusiyanın regiona təsir imkanının aradan qalxmasını arzu edir. Öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün Orta Asiya ölkələrinin karbohidrogen ehtiyyatlarının Avropaya çatdırılması üçün Zəngəzur dəhlizin açılmasında maraqlıdır.
ABŞ – Rusiyanın bölgədən çıxartmaq məqsədi ilə münaqişənin bitməsində maraqlıdır. Zəngəzur dəhlizinin açılmasını istəmir. Dəhlizin təhlükəsizliyinin Üçtərəfli bəyanatda göstərildiyi kimi Rusiyanın təmin etməsini, ona regionda uzunmüddətli qalması üçün əlavə fürsət verdiyini bilir. Həmçinin, dəhlizi əsas rəqibi olan Çinin İpək yolunun tərkib hissəsi kimi görür və Çinin Avropaya çıxışının əsas xətti hesab edir. Çinin beynəlxalq ticarət yollarının qarşısını almağa çalışan Amerika, G-20 sammitində Çinə qarşı bəslədiyi Hindistanın Yaxın Şərqə və Avropaya çıxışı üçün İMEC kimi adlanan yeni layihəni dəstəklədiyini bildirdi.
Fransa – Azərbaycana təsir etmək, aktiv iştirakçı mövqeyi əldə etməklə münaqişənin bitməsinə maneə olan əsas qüvvələrdəndi. Regionda qalmaq, Rusiyanın zəifləyən mövqeylərini tutmağa çalışır. Türkiyəfob və islamafob siyasət aparan Fransa Zəngəzur dəhlizin açılmasının türk dünyasının inkişafı, Türkiyənin regiona daha çox təsir etmək imkanları əldə edəcəyini hesab etdiyi üçün qarşı çıxır. Azərbaycan – Ermənistan münaqişəsinə daha çox dövlət yox, hökümət maraqları konteksindən yanaşır. Hakimiyyətdəkilər erməni lobbisinə gəlir mənbəyi kimi yanaşır. Yoxsa böyük iqtisadi imkanlara, coğrafi mövqeyə, neft-qaz, təbii ehtiyatlara malik Azərbaycanla normal əlaqələr qurmaq, əməkdaşlıq etmək varkən, dalanda yerləşən Ermənistan nələrinə lazımdır.
Çin – Azərbaycanın ərazi bütövlüyünü tanısa da beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı kəskin və konkret mövqe sərgiləmir. Zəngəzur dəhlizinin açılması onun üçün böyük loğistika imkanları yaratsa da beynlxalq müstəvidə daha çox iqtisadi siyasət apardığı təəssüratı yaratmağa çalışan Pekin höküməti bu məsələ ilə bağlı da açıq dəstəkdən çəkinir.
Hindistan – yeni oyunçu olaraq əsas məqsədi istehsal etdiyi silahları satmaq üçün bazar formalaşdırmaq və silahlarını təcrübədən keçirmək. Həmçinin, Pakistanı dəstəkləyən Azərbaycan – Türkiyə cütlüyünə təsir imkanları qazanmaq və əsas rəqibi Çinin Avropaya alternativ çıxışı üçün nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmamasına, Çinin İpək Yolu əleyihinə nəzərdə tutulan və G-20 sammitində açıqlanan İMEC (keçmiş ədviyat) yolunu açılmasına nail olmaq.
Cənubi Qafqaz Hindistandan çoğrafi baxımdan uzaqda yerləşdiyi üçün münaqişənin davam etməsi onun üçün heç bir risk yaratmır.
Yalçın Hacızadə-politoloq