"Türkiyə siyasi arenasında baş vermiş dəyişiklik iki güclü partiyadan biri olan CHP-nin gələcəyi üçün həlledici olsa da, ümumən Türkiyə dövləti üçün hansı dividentlər gətirəcəyi naməlumdur. Partiyaların elektoratını təşkil edən seçici kütləsinin say tərkibi və kateqoriyası elə təşkil edilib ki, partiyaların bu seçici kütləsinin sayına təsir etmək imkanları məhduddur. Sekulyar və dini kəsimdən formalaşmış seçici kontingentinin dünya görüşləri arasındakı uçurum onu deməyə əsas verir ki, seçicilərin sayının artıb-azalması mümkün deyildir ki, onlar ya partiyalarını, ya da inanclarını dəyişsinlər. Bu da onu deməyə əsas verir ki, istər AK Partiya, istərsə də CHP, hətta MHP-nin belə elektoratı sabitdir, partiyaların başında dayananın kimliyindən asılı deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sonuncu qurultayı və partiya rəhbərliyində baş verən dəyişikliyin bundan sonrakı siyasi xəttə təsir imkanları barədə danışarkən deyib. Polittoloq bildirib ki, onlar ancaq öz ideoloji yaxın bildikləri partiyanı seçirlər:
"Bu baxımdan, hesab edirəm ki, CHP-dəki rəhbərliyin dəyişməsi partiya daxili qurumların və seçici kontingentinin fəaliyyətinə təsir edə bilər, keyfiyyətcə yeni yola daxil ola bilər, amma Türkiyə miqyasında seçici kütləsinin artmasına təsir edə bilməz. Atatürkdən sonra İsmət İnönü hakimiyyətinin müəyyən illərdə hakimiyyətindən sonra CHP heç vaxt seçkilərlə iqtidar partiyası ola bilməyib, təkcə hərbi çevrilişlərdən sonra qısamüddətli hakimiyyətdə olub. Bu da onu deməyə əsas verir ki, CHP-nin problemi tək rəhbərlikdə kimin olması məsələsi deyil, daha dərin köklü məsələlərdir".
Anar Əliyev