Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsiminin "erməni qızına" yazdığı şeiri olubmu?

Nəsiminin "erməni qızına" yazdığı şeiri olubmu?


Bir neçə gündür sosial mediada guya böyük Nəsimi yazdığı iddia edilən erməni qızına həsr edilmiş şeir paylaşılır. NƏSİMİ bir şair deyil idi, o böyük filosof və ideoloq idi. İmadəddin Nəsimi Ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan böyük sənətkardır. Nəinki Şərq, bu günün özündə belə Avropa alimləri Nəsiminin qəzəllərində böyük mənaları araşdırmaq üçün elmi işlər yazırlar..

"Erməni qızı" şeiri barədə isə tam əminliklə deyirəm.
NƏSİMİN-in belə şeiri yoxdur.

Yayılan məlumat səhvdir. İlk olaraq Nəsimi tədqiqatçısı, dəyərli Səadət Şıxıyeva xanımın fikirlərinə nəzər salaq:
"O şeir İmadəddin Nəsiminin deyil. Mən türkiyəli Nəsimişünas alim Hüseyn Ayanın araşdırmasınaistinad edirəm. O, Nəsiminin elmi-tənqidi mətnini hazırlayıb, eləcə də Nəsiminin türkcə divanı üzrə doktorluq müdafiə edib. Türkiyənin bu tanınmış alimi birbaşa qaynaqlarla işləyib. Yazır ki, Nəsimiyə aid edilən “Erməni” rədifli şeirə XVI əsrdən öncə üzü köçürülən əlyazmalarda rast gəlmədim. Ən qədimi XVI əsrdir"

Azərbaycanda Nəsimini Səadət xanım kimi bilən ikinci alim yoxdur.

Əlavə edim ki, Nəsimi o qədər Şərqdə sevilən və müraciət edilən şəxs olub ki, onun adından istifadə edib qəzəl və şeir yazan digərləri öz əsərlərini sata biliblər. Bu günün özündə də Nəsimi qəzəl üslubuna oxşamayan bəzi şeirləri onun adına çıxırlar. Amma diqqətli oxucu dərhal başa düşür ki, Nəsimi dəsti xətti deyil bu.

Hətta bu barədə erməni tədqiqatçılar Mandanyan və H.Acaryan da özləri etiraf edirlər ki, Nəsiminin belə şeiri yoxdur:

"Görünür, bu şeirlərin xüsusi ölçüsü, yaxud havası olmuşdur, çünki onları Nəsiminin, yəni onun müəllifinin adına bağlayıb yazırdılar. Onların sayı həddindən çox idi"

Matenadaranda Nəsiminin mühafizə olunan əsərlərinin aşkara çıxarılmasında erməni filoloq Babken Çukasiyanın xidmətləri vardır. O, da yazısında etiraf edir ki, Nəsiminin erməni barədə şeiri orjinal əlyazmalarda yoxdur. Digər erməni tədqiqatçısı Budax Amtesinin Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olduğu, o cümlədən Nəsimi yaradıcılığına çox yaxşı bələdliyi olub. Onun da yazılarında bir cümlə belə yoxdur ki, Nəsimi erməni qızına şeir yazıb.
Ermənilər özləri bunu etiraf etdikləri halda niyə bizim bəzi "tədiqatçılar" belə şeirin olduğunu iddia edirlər?
İkinci Nəsimi dəsti xətrinə bələd olanlar bilirlər ki,onun qəzəllərində bu cürə yanaşma ola bilməz. Fikir verin saxta qəzələ:

"İsayi-Məryəm həqiçün, hеç qərarım qalmadı,
Didəmi giryan еdərsən, bağrımı qan, еrməni"

Nəsiminin dəsti xəttinə oxşayır heç? Ən dərin bilgilərə malik olan hürufi-sufi şairi qəzəllərində Əli sevgisinə sadiq olduğunu göstərən bir şair İsa-Məryəm adını çəkə bilərdimi ? Heç bir qəzəlində şəxsən mən rast gəlməmişəm belə cümləyə.

Bu şeiri oxuyub təhlil edən Nəsimüşünaslar konkret deyirlər:
"Ciddi üslub fərqləri vardır."

Avropa alimi Gib, Türkiyədə səfir olub vaxtilə “Osmanlı ədəbiyyatı tarixi” əsərində Nəsimi haqqında böyük məlumat verir. Onun bu əsərində də Nəsiminin belə şeiri olmadığı barədə fikirlərə rast gəlmək olar.

Filologiya üzrə fəlsəfə doktorları Firudin Qurbansoy və Qüdsiyyə Qəmbərovanın da Nəsimişünas olduğunu nəzərə alıb əksər yazılarında da təsdiq tapmaq olur ki, Nəsimi əsla və əsla belə zəif qəzəl yaxud şeir yaza bilməz,.

Mərhum alim, hürufişünas Zümrüd Quluzadə ilə bir neçə dəfə evində bu barədə müzakirə etmişik. Böyük alim olan Zümrüd xanım da dəfələrlə qeyd edib ki, Nəsimi erməni qızına şeir yazmayıb və onun adından istifadə edib belə məlumat paylaşırlar ki, ermənilərin burada qədim "xalq" olduqlarını təsdiq etsinlər.

Almaniyalı nəsimişünas alim Maykl Hersin də tədqiqatlarında bir cümləyə rast gəlmədim ki, orda Nəsiminin erməni qızına şeir yazması faktı qeyd edilsin.

Elmi ictimaiyyət bilərəkdən bu yanlış cığırlarla irəliləməkdən yorulmur. Çox heyf ki, ciddi alimlər Əsli adlı Alban keşiş qızını ( bu barədə yazacam) erməni kimi qəbul edirlər, Nəsiminin belə qəzəli olduğunu deyirlər. Axı o dövrdə bu coğrafiyada erməni nə gəzirdi ? Biz belə yanlışlıqlara izn verdikcə illərdir ermənilərin Qafqaza 300 il öncə gəlməsini sübut edə bilmirik.

Ona görə dəfələrlə dediyim kimi indi də təkrar edirəm. Əziz alimlər ciddi mənbələrə,alternativ qaynaqlara, orjinal əlyazmalara, əsl sənədlərə istinad edin. Keçmişin səhvlərini gələcəyə daşımayın

Zaur Aliyev , dosent
Xəbəri paylaş