Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-dan ölkəmizə qarşı sərgilənən ritorika qərəzli və məkirli siyasətin tərkib hissəsidir

ABŞ-dan ölkəmizə qarşı sərgilənən ritorika qərəzli və məkirli siyasətin tərkib hissəsidir


"ABŞ səfirliyinin bu ölkədə təhsil almış şəxslərlə görüş keçirmək istəyi son dövrlər gərginləşən Bakı - Vaşinqton münasibətləri fonunda diqqət çəkir. Təbii ki, səfirliyin məlum görüşü "məzunlarla görüş" adı altında pərdələmək cəhdləri ilk öncə özlərinin ifşası təsiri bağışlayır.

Birinci fakt, bu məsələ həqiqətən onların dediyi kimidirsə niyə məhz indi? Səfirliyin verdiyi məlumat inandırıcı görsənmir.

İkinci isə, yenə də məlum görüş adından göründüyü kimidirsə, niyə bu zamana qədər ABŞ-da təhsil alanların hər biri çağırılmayıb?".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, bütün oxlar bir istiqamətə yönəldiyi üçün biz şübhələrimizdə haqlıyıq:

"Ölkəmizə qarşı sərgilənən ritorika qərəzli və məkirli siyasətin tərkib hissəsidir".

AVP rəsmisi deyib ki, ABŞ-ın Azərbaycana qarşı olan münasibət dəyişikliyi böyük ölçüdə qlobal rəqabətin bir parçasıdır və bu rəqabətin regiona yansımasıdır:

"Rəsmi Vaşinqton Rusiyanın post-sovet məkanında istər siyasi, istərsə də hərbi aktivlik baxımından zəifləyən mövqelərini ələ keçirmək istəyir. Təbii ki, Ağ Ev Kremldən daha çox və böyük iştahla münaqişələri alovlandırmaq və ondan maraqları naminə qidalanmağı yaxşı bacarır. Məhz bu səbəblərdən dolayı ABŞ və Fransa ikilisi son dövrlərdə ermənidən daha çox erməni rolunda çıxış edir. Ermənistandan fərqli olaraq Azərbaycan regionun bütün parametrlər üzrə lider dövləti olduğu üçün müstəqil xarici siyasət həyata keçirir, hər hansı bir blokda çıxış etmir, əksinə "TDT" - nın formasında yeni bir güc mərkəzinin yaranmasında fəal iştirak edir. Yəni rəsmi Bakı heç bir gücün yanında yox, öz dövlət maraqlarının yanındadır. Və bu situasiya Vaşinqtonun planları ilə üst-üstə düşmür. Məhz bu səbəblərə görə ABŞ son antiterror tədbiri zamanı Qarabağdan könüllü olaraq köç edən ermənilərin humanitar vəziyyətini bizə qarşı silah kimi istifadə etməyə çalışır. Konqresdə keçirilən dinləmələr və " 907" - ci düzəlişin yenidən aktivləşdirilməsi bunun bariz nümunəsidir".

Pərviz Mirizadə deyib ki, hər iki ölkə arasında yaşanan soyuqlaşma periodik bir prosesdir və əbədi deyil:

"Beynəlxalq praktikadan bəllidir ki, dövlətlərin maraqları dəyişməzdir. Sadəcə onların təmin olunması yolları müxtəlif ola bilər. Bu da eyni situasiyadır. Rəsmi Vaşinqton münasibətləri gərginləşdirməklə ölkəmizə qarşı təzyiq vasitələri qazanmağa çalışır və regiondan keçəcək dəhlizlər üzərində hökmranlıq istəyir. Lakin bütün hallarda Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmir və təzyiqlərə eyni xətt üzrə lazımı reaksiya verir. Yəni bizlə təhdid dili ilə danışmaq çıxış yolu deyil. Bunu son üç ildə yaşanan proseslər göz önünə sərir. İnanıram ki, ABŞ rəsmiləri gec olmadan yol verdikləri yalnışların fərqinə vararlar".

Anar Əliyev
Xəbəri paylaş