Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zamanında Nazim İbrahimovun etdiyi yalnışlıqları bu gün Fuad Muradov daha qaba formada davam etdirir

Zamanında Nazim İbrahimovun etdiyi yalnışlıqları bu gün Fuad Muradov daha qaba formada davam etdirir


Dünya Azərbaycanlılarının sayca beşinci olan Şuşa qurultayından il yarımdan artıq vaxt keçir. Maraqlıdır ki, ötən il yarım ərzində qurultayda qarşıya qoyulan hədəflər, dövlət başçısının diaspor təşkilatlarına verdiyi tövsiyələrin icrası istiqamətində hansı addımlar atılıb və ya işlər görülüb. Bu və ya digər suallarla Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevlə söhbətləşdik.


-Rəşad bəy, Dünya Azərbaycanlılarının V qurultayından il yarımdan artıq vaxt keçir. Ötən il yarım ərzində diasporumuz, eləcə də bu sahəyə məsul olan Dövlət Komitəsi qurultayın qərarları, qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hansı addımları atıb, nə iş görə bilib?

-Əvvəla onu qeyd edim ki, qurultayların keçirilməsi müsbət tendensiyadır. Ancaq belə tədbirlərə böyük vəsaitlər xərclənir və sual olunur ki, həmin xərclənən vəsaitlər özünü doğruldurmu? Hələlik təəssüf ki, çox cüzi. Ümumiyyətlə mən düşünürəm ki, bu tip tədbirlərə Dünya Azərbaycanlıları Qurultayı adı vermək və bu qurultayın təşkilatçı qismində Diasporla İş üzrə Dövlət Komitəsinin iştirak etməsi doğru deyil. Qurultay özü ümumi yığıncaq mənasını verir və seçkili orqandır. Komitə isə dövlət qurumu olaraq seçkili səlahiyyətli toplantını təşkil edə bilməz. Məsələnin digər mübahisəli tərəfi də var. Gəlin baxaq, doğurdanmı, bu qurultay adına görə bütün fəal diaspora təşkilatları, ictimai fəalları əhatə edirmi və ya bu tədbirlərə bütün fəal təşkilatlar dəvət olunurmu? Zamanında Nazim İbrahimovun etdiyi yalnışlıqları bu gün Fuad Muradov daha qaba formada davam etdirir. Belə ki, şəxsi münasibətinin xoş olmadığı insanları bu tip tədbirlərə dəvət etmirlər. Niyə və hansı səbəbdən qanunsuz addım atırsınız? Səlahiyyət həddinizi niyə aşırsınız? Dövlət adına keçirilir bu tədbir və qurultaylar və bura şəxsi münasibətlərinizdən aslı olmayaraq siz hər kəsi xüsusən bütün fəal təşkilatları, onların fəallarını dəvət etməlisiniz.

Dihər tərəfdən azərbaycanlıların öz vətənlərinə səfərləri zamanı otel kimi mənasız israfa yol verilməməlidir. Ölkəyə gələn soydaşlarımızın 99 %-nin Bakıda qalması üçün ya şəxsi evi, ya ailəsinin evi var. Deməyim odur ki, israfdan qaçılmalıdır və həmin xərclər isə daha yararlı məsələlərə sərf olunmalıdır .

-Prezident həmin qurultayda çıxışı zamanı bir məqama diqqət çəkdi və dedi ki, həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Maraqlıdır ki, istər postmüharibə dövrü, istərsə də işğal illərində diasporumuz mövcud olan reallıqları dünya ictimaiyyətinə çatdıra bilirdimi?

-Təəssüflər olsun ki, diaspora anlayışı bəzən yalnış anlaşılır. Bir çox diaspora fəallarımızın təsəvvüründə belədir ki, diaspora yeni il şənliyi keçirmək, Novruz bayramında yumurta boyamaqla məşğul olmalıdır. Biz artıq diaspora dönəmini bitirməli, lobbiçilik dövrünə qədəm qoymalıyıq. Yaşadığımız ölkələrin strukturları ilə əlaqələrə sahib olmalı, mediası ilə davamlı işləməli qanunverici orqanlarına təsir imkanlarını əlimizdə saxlamalıyıq. Bunun üçün ictimai idarəetməni bilən ictimai liderlərimiz olmalıdır. Təkrarlanmış aksiya keçirmək, yaxud bir tədbir salonuna yığışıb özümüz deyib özümüz eşitmək strategiyasından əl çəkməliyik.

Ancaq Diasporla İş üzrə Dövlət Komitəsi də burada yalnışlıqlara yol verir, məsələn hansısa ölkədə özlərinə görə birisini tapıb onu seçdirillər və düşünürlər ki, belə etməklə diaspora inkişaf edəcək. Əslində isə idarə etmək üçün rahat adamlar, "söz eşidənləri", tapmağa cəhdlər edirlər. Bununla heç vaxt istənilən nəticəni ala bilmərik.

-Bir daha dövlət başçısının qurultaydakı çıxışına diqqət çəkmək istərdim. Dövlət başçısı qeyd edirdi ki, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları, postmünaqişə dövrü və Azərbaycan tarixi haqqında. Sualım belədir ki, prezidentin fikirlərindən belə qənaətə gəlmək olarmı ki, dövlət başçısı bu sözləri ilə konkret olaraq diasporumuzun fəaliyyətsizliyindən gileylənir. Maraqlıdır, o zaman diasporumuz, bu sahəyə məsul olan qurum indiyə kimi nəylə məşğul olub?

-Prezident diasporanın güclənməsi üçün nə lazımdırsa edib, edir. Dövlət tərəfindən böyük büdcələr ayrılır, dünya azərbaycanlılarının tədbirlərinə, qurultaylara birbaşa özü gəlir, ora da diasporaya dəstəyini açıqlayır. Hazırda xaricdə yaşayan azərbaycanlıların statusu haqqında qanun üzərində işlənilir. Dövlət bundan artıq daha nə etməlidir?
Bəzi hallarda prezidentin, ölkə ictimaiyyətinin gözündən pərdə asmaq üçün TIR şoferini tarixçi, yazar kimi təqdim edirlər, yaxud xaricdə tamamilə başqa sahələrdə çalışan, məsələn, taksi sürcüsünü təşkilatın rəhbərliyinə gətirirlər. Mən bununla kimisə aşağılamıram, zamanında mənim atam da sürücü işləyib, ancaq deməyim odur ki, hansısa ölkədə bir təşkilat olsun və onun rəhbərliyinə kimisə gətirib təyin edək strategiyası yalnışdır və bununla real nəticə əldə etmək olmaz.

-Ümumiyyətlə, yaxın perspektivdə diasporumuzdan gözləntiləriniz nədən ibarətdir?

-Pessimist sonluqla müsahibəni bitirmək istəməzdim, reallıqlara söykənib açıqlama verəcəm. Hələlik bu yanaşma ilə diasporaya yanaşsaq, lobbiçilik prosesinə keçidi təmin edə bilməsək dəyişən heç nə olmayacaq.

Anar Əliyev
Xəbəri paylaş