Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxşılıq niyə Allah üçün olmalıdır, Allahın burda istəyi və nicatı nədir?

Yaxşılıq niyə Allah üçün olmalıdır, Allahın burda istəyi və nicatı nədir?


Haqqa olan münasibətdə təkcə mənəvi-ruhani məqam deyil, həm də çox ciddi elmi-məntiqi məqam var. Yaxşılıq ona görə Allah üçün olmalıdır ki, Allah üçün olmayan yaxşılıqda insan bəla və pislik tapır. Bunu Allah etmir, insanın öz yaxşılığı edir. Əgər yaxşılıq Allah üçün edilmirsə, insan etdiyi yaxşılığı yaşayır, hiss edir və göstərir. Belə olan təqdirdə, qarşı tərəf bunun qarşılığın vermək istəyir.

Amma çox vaxt yaxşılığa yaxşılıqla cavab verə bilmək gücündə, iqtidarında olmur insan. Belə olan təqdirdə də yaxşılıq qarşısında əzilir. Üstəlik şüuraltısı eqosuna sığışdıra bilmir bu halı. Bu əziklikdən qurtuluşun tək yolu edilən yaxşılığı dəyərsizləşdirmək, yaxşılıq edən tərəfin o qədər də yaxşı olmadığına özünü inandırmaqdır. İlk öncə şüur altının şüur üstündən xəbəri olmadan buna inanır. İnsan dildə, yəni şüur üstündə təşəkkür edir, amma əməldə şüuraltında yaxşılıq edənə yamanlıq etməyə başlayır. Bunu isbat eləmək, mənəvi və hüquqi haqq qazandırmaq üçün əks tərəfin yaxşı əməl, xoş niyyətində pislik axtarır və sonunda tapır.

Bundan xilasın tək yolu yalnız və yalnız yaxşılığı həmin adama hiss etdirmədən etməkdədir. Belə olan təqdirdə qarşı tərəf əzilməyəcək və ilk fürsətdə əvəzini verməyə çalışacaq. Hiss etdirməmək və hiss etməməyin ruhani şəkli də Allah üçün edilən yaxşılıq adlanır. Əslində, Allah burada heç nə əldə etmir, insanoğluna fitrətən bələd olduğundan mənim üçün et ki, başına iş açma deyir Cənabı-Haqq.

Allah üçün edilməyən yaxşılıq birinə çətin günündə borc verib sonra daha çətin günündə həmin borcu istəmək kimi bir şeydir. Adam deyəcək ki, vur, öldür imkanım yoxdur qayatarmağa. Və yaxşılıq edərkən sən olacaqsan düşmən.
Qısası, dostlar mənəviyyat məqamında, ruh məqamında olan rasionallıq, məntiq, dəqiqlik heç bir dəqiq elmdə yoxdur. Və Allah, Allah üçün yaxşılığı insanın öz nicatı, səlaməti üçün buyurdu. Yaradanın buna zərrəcə ehtiyacı və marağı yoxdur.

Tural Abbasquliyev
Xəbəri paylaş