Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu seçkilər Azərbaycanda yeni bir siyasi mərhələnin başlanğıcı olmalıdır

Bu seçkilər Azərbaycanda yeni bir siyasi mərhələnin başlanğıcı olmalıdır


"Növbədənkənar prezident seçkiləri başa çatdı. Prezident İlham Əliyev seçkilərdə qələbə əldə edərək, növbəti yeddi il ərzində ölkəyə rəhbərlik edəcək. Bu seçkilər Azərbaycanin ərazi bütövlüyü və suverenliyinin tam bərpası fonunda keçirildi. Ona görə də bu seçkilər Azərbaycanda yeni bir siyasi mərhələnin başlanğıcı olmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, beynəlxalq və regional siyasi-hərbi vəziyyətin gərginləşməsi Azərbaycana da təsirsiz ötüşmür:

"Məhz Qərbin bir sıra mərkəzləri tərəfindən Azərbaycana qarşı siyasi təzyiqləri regional dəyişikliklərin nəticəsidir. Qərb Cənubi Qafqazda Türkiyə və Azərbaycanın birgə regional siyasətini qəbul etmir. Bu təhdid və təzyiqləri neytrallaşdırmaq Dövlət başçısı cənab İlham Əliyevin xarici siyasətində əsas prioritet olacaq.

Ümumiyyətlə Qərb Azərbaycandan xarici siyasətində seçim etməyi tələb edir. Gürcüstan və Ermənistan kimi Azərbaycanın da tam avrointeqrasiya siyasətini elan edərək, Rusiyaya qarşı total siyasi cəbhədə yer almasında maraqlıdır. Hazırda Azərbaycanın həyata keçirdiyi müstəqil və manevr siyasətini Qərbi məmnun etmir. Ona görə də insan hüquqları və demokratiya məsələsini bəhanə, erməni məsələsini də bura əlavə edərək total siyasi təzyiqləri artırır. Təbii ki, indiki dəyişən geosiyasi nizam fonunda Azərbaycanın balans siyasəti müsbət perspektiv vəd etmir. Çünki, indiki siyasi və təhlükəsizlik çağırışları balans siyasəti ilə uyğun deyil".

Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan məhz ikinci Qarabağ müharibəsindən sonra balans siyasətindən imtina edərək, Türkiyə ilə koordinasiyalı çalışır:

"Prezident İlham Əliyev xarici siyasətini qütblərə görə-Qərb və Rusiyanın xeyrinə dəyişməyəcək. Demek olar ki, Azərbaycan seçimini edib və NATO üzvü olan Türkiyə ilə xarici siyasətni birgə davam etdirəcək.

Azərbaycan Ermənistanla sülh müqaviləsi istiqamətində danışıqları aparacaq. Bu il Ermənistanda yeni konstitusiya qəbul edilərsə, prezident İlham Əliyev sülh müqaviləsinə gedəcək. Azərbaycanın AŞPA təmsilçiliyi bərpa edilə bilər. Çünki bu proses daha çox Rusiyanın maraqlarına xidmət edir. AŞPA -da Azərbaycan əleyhinə səs verənlər Rusiyaya yaxın olan siyasətçilərdi. Azərbaycan Türkiyə və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini inkişaf etdirib, Zəngəzur yolunun açılmasına nail olması mümkündür".

Süleyman
Xəbəri paylaş