Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ordusu cəbhə xəttində tədricən üstünlüyü ələ keçirir

Rusiya ordusu cəbhə xəttində tədricən üstünlüyü ələ keçirir


"Dünya nizamını qoruyub saxlamaq üçün təhsiz olunmuş beynəlxalq təşkilatların artıq öz aktuallığını və təsir gücünü itirdiyi bilinən reallıqdır. Belə olduğu təqdirdə 2020-ci ildən etibarən dünyanın aparıcı gücləri yeni siyasi, hərbi və iqtisadi düzən formalaşdırmaq axtarışına çıxdı. Sözügedən zaman kəsiyində lokal xarakterli münaqişələr tədricən öz əhatə dairəsini genişləndirərək daha böyük miqyasları əhatə etməyə başladı. Sözsüz ki, son illərin ən böyük hərbi-siyasi hadisələrindən biri də Rusiyanın Ukraynaya müdaxiləsi hesab olunur".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümünə nəzər salarkən səsləndirib. O bildirib ki, genişmiqyaslı müharibə başlamazdan öncə bir çox siyasilər qısa müddətdə Rusiya ordusunun Kiyevi ələ keçirərək qələbə qazanacağını proqnozlaşdırsalar da, ilkin ştrixlər bunun əksini göstərirdi:

"Əslində isə kollektiv Qərbin münaqişə ətrafında olan maraqları və formal xarakterli Ukraynanın yanında görünüşü formalaşdırması başlanacaq qarşıdurmanın amansız və uzunmüddətli olacağına işarə idi. Rusiyanın Ukraynaya müdaxilə etməsi üçün əlverişli zəmin formalaşdırmağı bacaran Vaşinqton, münaqişənin lokomotivi kimi öz istədiklərinin bir çoxuna nail olmağı bacardı. Müharibənin bütün şiddəti ilə davam etdiyi zamanda İsveç və Finlandiyanın NATO-ya üz qəbul olunması, qurumun genişlənmə strategiyasının uğurla davam etdirildiyinin təsdiqi və Moskvanın Alyans qarşısında strateji məğlubiyyəti kimi qəbul olunmalıdır. Çünki Rusiya rəhbərliyi Ukraynaya hərbi müdaxiləni NATO faktoru ilə də əsaslandırırdı. İndi isə NATO bir addımda şimal qonşumuza yaxınlaşmağı bacardı. Müharibənin gedişatına nəzər salarsaq görərik ki,
Rusiya ordusu cəbhə xəttində tədricən üstünlüyü ələ keçirir və bu üstünlüyü şərtləndirən bir sıra amillər mövcuddur".

AVP rəsmisi deyib ki, ilk olaraq Qərbin Kiyevə yönəlik dəstəyinin azalması buna səbəb olan amillərdəndir:

"İkincisi, Ukrayna daxilində baş verən siyasi proseslər, xüsusilə ordu rəhbərliyi ilə prezident Zelensky arasında yaranan konfliktlər. Rusiya iqtisadiyyatının və sənayesinin müharibə şəraitinə uyğunlaşması və s".

Pərviz Mirizadə hesab edir ki, belə olduğu təqdirdə isə nəticələrə yönəlik müsbət irəliləyişlərin olacağına ümid bəsləmək sadəlövhlük olar:

"Xüsusilə ABŞ və Rusiyada prezident seçkilərinin keçiriləcəyini nəzərə alarsaq yaxın dövrdə münaqişə ilə bağlı hər hansı bir ciddi irəliləyişin olacağı inandırıcı deyil. Lakin ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsi münaqişənin gedişatına öz təsirini göstərəcək. Hazırkı prezident Bidenin reytinq səviyyəsinin aşağı olması, onun əsas rəqibi, eks-prezident Donald Trumpın isə qalibiyyətə əsas namizəd göstərilməsi Kiyev aspektindən arzuolunan hal deyil. Çünki Donald Trumpın xarici siyasət prioritetləri və tətbiq üsulu əvvəlki illərdən hər kəsə bəllidir. Heç şübhəsiz ki, Trump ölkə başçısı seçiləcəyi təqdirdə Rusiya ilə indi olduğundan daha fərqli münasibət qurmağa çalışacaq".

Süleyman
Xəbəri paylaş