Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti

Erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti


"Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda Azərbaycanla bağlı əksini tapmış qərəzli məqamlar təbii olaraq qəbulolunmazdır. Erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, separatizmin kökünü kəsməsini həzm edə bilmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir:

"Onu da qeyd edim ki, Avropa Parlamenti yeni seçkilərə hazırlaşdığı bir zamanda Azərbaycana qarşı çağırışların edilməsi təsadüfi deyil. Aydın məsələdir ki, erməni lobbisinin pulu ilə yenidən seçilmək istəyən deputatlar məhz buna görə aktivləşib və Azərbaycanı hədəf seçiblər. İkinci vacib məqam isə Avropa Parlamentində Fransanın və digər anti-Azərbaycan dairələrinin çoxluq təşkil etməsi ilə bağlıdır. Amma bu cür mövqe sərgiləyən və hər fürsətdə ölkəmiz əleyhinə qərarlar qəbul edən ayrı-ayrı qurumlar başa düşmürlər ki, onların qərarları Azərbaycanı öz haqq yolundan döndərə bilməz və bu cür qətnamələrlə bizə təzyiq göstərilməsi mümkün deyil.

İkinci bir tərəfdən isə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır. Bu hesabat həmçinin Avropa Parlamentinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir".

Süleyman
Xəbəri paylaş