Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənub Qaz Dəhlizi təkcə enerji təhlükəsizliyi deyil, həm də əməkdaşlıq layihəsidir

Cənub Qaz Dəhlizi təkcə enerji təhlükəsizliyi deyil, həm də əməkdaşlıq layihəsidir


Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları və bu iclaslarda səsələndirilən fikirlər Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində təsis edilmiş Məşvərət Şurası səmərəli və çoxtərəfli əməkdaşlıq formatı kimi illər ötdükcə Cənub Qaz Dəhlizi layihəsinin icrasına mühüm töhfələr verib. 2021-ci ildə koronavirus pandemiyası səbəbindən videformat şəklində keçirilən yeddinci toplantı istisna olmaqla, qalan iclasların hamısına Azərbaycan ev sahibliyi edib. Bu da "Cənub qaz dəhlizi" kimi möhtəşəm layihənin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu bir daha təsdiq edir. Bu, həmçinin dövlətimizin başçısı İlham Əliyevin dünyadakı nüfuzundan qaynaqlanan bir reallıqdır.

Onu da qedy edim ki, son iclas Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclas oldu. Belə ki, tədbirə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 33 ölkə, bir sıra beynəlxalq təşkilat və enerji şirkətləri qatılmışdı ki, bu da özlüyündə olduqca böyük göstərici hesab oluna bilər.

Cənub Qaz Dəhlizi öz miqyasına və əhəmiyyətinə görə həqiqətən də olduqca böyük bir layihədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Məlum olduğu kimi "Cənub qaz dəhlizi" bir-birinə calanan üç kəməri - genişləndirilmlş Cənubi Qafqaz Boru Kəmərini, Trans-Anadolu Qaz Boru Kəmərini və Trans-Adriatik Qaz Boru Kəmərini birləşdirir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə təkcə enerji təhlükəsizliyi deyil, həm də əməkdaşlıq layihəsidir.

Təbii ki, Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Azərbaycan da öz fəliyyətini bu ölkələrlə sıx əməkdaşlıq istiqamətində qurmaqda həmişə maraqlı olub və bu sitiqamətdə də olduqca əhəmiyyətli addımlar atıb. Enerji təhlükəsizliyi məsələsində də Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub və enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunub. Bu gün Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir.

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası da genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Prezidentin Məşvərət Şurasının iclasında da qeyd etdiyi kimi ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.
Həqiqətən də Məşvərət Şurasının keçənilki toplantısından bəri "Cənub qaz dəhlizi"nin trixinə yeni uğurlar əlavə edilib. Belə ki, Azərbaycan qazına artan tələbat qarşıya bir sıra vəzifələr qoyur. Onlardan biri də ixrac infrastrukturunun şaxələndirilməsidir. Ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması göstərdi ki, nəzərdə tutulan işlər uğurla gerçəkləşir. İki ölkə arasında bu yeni xəttin tikintisinə 2023-cü il fevralın 1-də başlanmışdı və tamamlanması da məhz planlaşdırıldığı vaxt - ilin sonunda baş verdi. Bu kəmər Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Serbiyanın gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanı da olacaq ki, bu da ölkənin ümumi enerji təhlükəsizliyində mühüm rol oynayacaq. İnterkonnektorun işə salınmasında Prezident İlham Əliyevin iştirak etməsi ölkəmizin Avropanın enerji təchizatındakı rolunu, etibarlı tərəfdaş kimi qazandığı hörməti və ümumən Prezidentimizin və dövlətimizin nüfuzunu aydın göstərən daha bir önəmli faktdır.

Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində də iştirak edir və bu sahədə ön sıralardadır deyə bilərik. Məlum olduğu kimi bir neçə layihəyə artıq start verilib. Dövlət başçısının bəyan etdiyi kimi, bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim istər Xəzər dənizində, istərsə də quruda bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var. Azərbaycan, həmçinin “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı hədəfləyib.

Yusif Bağırzadə-politoloq
Xəbəri paylaş