Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib


Bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının Bakıda keçirilməsi yenidən Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Elə dünyanpn aparıcı KİV-lərinin sözügedən iclas barədə geniş şərh verməsi də deyilənləri təsdiqləyir. İclas çərçivəsində "Euronews” telekanalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə götürməsi də həm Bakı toplantısı, həm də Azərbaycanın enerji mənbələrinə olan marağın göstəricisi idi

Politoloq Yusif Bağırzadə baş verənləri Newscenter.az-a şərh edərkən deyib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib:

"Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Məhz buna görə enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb.
Bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının Bakıda keçirilməsi və müxtəlif ölkə və şirkətlərdən, beynəlxalq qurumlardan çoxsaylı iştirakçıların tədbirə qatılması da bunun əyani sübutudur".

Politoloq bildirib ki, Cənab Prezidentin həm keçirilən iclaslardakı çıxşı, həm də tədbir zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə də böyük maraq doğurub:

"Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyaların olduğunu diqqətə çatdıraraq bildirdi ki, bu barədə nikbin və bədbin düşünənlər var idi. Bəzilərinə isə elə gəlirdi ki, Azərbaycan bu layihəni reallaşdıra bilməyəcək.

Həqiqətən də Azərbaycan bu iri layihəni reallaşdırmaqla bir daha bütün dünyaya öz gücünü və imkanlarını göstərmiş oldu. Ölkəmizin iri infrastruktur layihələrinin reallaşdırılmasında zəngin təcrübəyə malik olması öz sözünü dedi və ölkəmiz çoxlarının gerçəkləşəcəyinə inanmadığı layihəni gerçəkləşdirə bildi. Nəticədə Prezidentin də dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki Azərbaycanın təbii qazının yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları var".

Yusif Bağırzadənin sözlərinə görə, Prezident müsahibəsində həmçinin COP 29-la bağlı fikirlərini də bölüşdü və bildirdi ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Prezident haqlı olaraq bəyan etdi ki, enerji ehtiyatları ilə zəngin ölkələrin yaşıl enerjiyə keçiddə ön sıralarda olması heç də ehtiyatlarımızın çatışmazlığından deyil, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verməkdən qaynaqlanır:

"Şübhəsiz ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Çünki ölkəmizin “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji potensialı kifayət qədərdir. Belə ki, təsdiqlənmiş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir.

Məlumdur ki, ölkəmizdə bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə artıq başlanılıb. Bu baxımdan ölkəmizin əsas investorları sayılan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri xüsusi fəallıqları ilə seçilir. Artıq “Masdar” şirkətinin layihəsi olan Qaradağ Günəş Elektrik Stansiyası real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin oktyabr ayında istismara verilmiş 230 meqavatlıq stansiyadan təmiz enerji alınır. Bununla yanaşı, hazırda “ACWA Power” şirkəti tərəfindən 240 meqavatlıq “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam edir. Bütün bunlarla yanaşı, ötən müddətdə imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, Azərbaycan 2030-cu ilədək 5 min meqavata qədər günəş və külək enerjisi istehsal etməyi hədəfləyir".

Politoloq onu da deyib ki, dövlət başçısının müsahibədə səsləndirdiyi “Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı” fikri isə ölkəmizdə bu sahədən səmərəli istifadə olunduğuna dir mesaj idi:

"Çünki Azərbaycan nefti inkişafa çevirdi və bu təbii sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu. Bunu faktlar da təsdiqləyir. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Son illər ölkəmizdə tamamilə yeni, müasir tələblər səviyyəsində qurulmuş infrastruktur, əhalinin rifahının getdikcə daha da yaxşılaşdırılması məhz neft və qazdan əldə edilən gəlirlər hesabına mümkün olub"

Süleyman
Xəbəri paylaş