Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin Qarabağa köçürülməsini sübut edən sənəd-Kürəkçay müqaviləsi

Ermənilərin Qarabağa köçürülməsini sübut edən sənəd-Kürəkçay müqaviləsi


Qarabağda uğurlu hərbi əməliyyatlardan sonra tamamilə Azərbaycan torpaqlarını tərk edən ermənilər indi İrəvandan idarə edilən güclərin təsiri ilə “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə” məsələsini ortaya atıblar.

Məlumdur ki, Qarabağın Ermənistana məxsus olması ilə bağlı erməni tərəfinin əsassız bəyanatları geniş vüsət alıb. Lakin tarixi faktlar bunun əksini təkzibedilməz şəkildə göstərir. Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813) və Türkmənçay (10 fevral 1828) müqavilələri, habelə Qarabağ xanı İbrahimlə Rusiya imperiyası arasında 1805-ci il 14 may tarixli yuxarıda imzalanmış müqavilə kimi sənədli mənbələr Xanlığın Rusiya hakimiyyətinə keçməsi, imperiyanın müstəsna olaraq Azərbaycan torpaqlarını zəbt etdiyini, sonradan ermənilərin Türkiyədən və İrandan köçdüklərini aydın şəkildə nümayiş etdirir.

İndi isə bir qədər geniş yazaq, Qarabağ xanlığının sonunu gətirən Kürəkçay müqaviləsi imzalanmaya bilərdi. Osmanlı dövlətinin dəstəyi olsa idi. Əsası 1747-ci ildə qoyulmuş və 1822-ci ilədək mövcud olmuş Qarabağ xanlığının dövlətçilik tariximizdə rolu və yeri danılmazdır. II Yekaterina "Yunan layihəsi" adlanan layihə irəli sürmüşdü. Bu layihəyə əsasən türklər Avropadan qovulmalı və "Yunan imperiyası" bərpa olunmalı idi. Osmanlı dövlətinin əvvəlki qüdrətin sarsıldığını bilən II Yekaterina bundan istifadə edərək Osmanlı dövlətini məhv etmək qənaətinə gəlmişdi.

Elə buna görə də, Osmanlı dövləti ona yardım üçün müraciət edən Azərbaycan xanlıqları ilə əlaqələrin genişləndirilməsinə məsələsinə ehtiyatla yanaşırdı. Qarabağ xanlığı ilə Osmanlı dövləti arasında ilk yazışmalar 1769-cu ildən başlamışdır. Qarabağ xanlığına gələn Osmanlı elçisinin məktubunda ruslara qarşı birlikdə mübarizə aparmaq istədikləri bildirilmişdi.

Bu məqsədə nail olmaq üçün Osmanlı sultanı I Əbdülhəmid Qarabağ hökmdarı İbrahimxəlil xana məktub göndərir. Məktubda İbrahimxəlil xana Rusiya imperiyasına qarşı vuruşmağa hazır olmaq təklif olunurdu. Lakin Rusiyanın Qafqaza hücumu başlanan zaman Osmanlı dövləti verdiyi sözü tutmadı. İbrahimxəlil xan sultan III Səlimin baş vəzirinə yazdığı məktubdakı "..Sizdən ricamız budur ki, bizləri qoruyub, bizə kömək və inayətinizi əsirgəməyəsiniz...” sözlərə cavab olaraq Osmanlı sarayından aşağıdakı məzmunda məktub almışdı:

"İranla Dövləti-Aliyyə arasında sülh olduğundan, Ağa Məhəmməd şah Qacarın sülhü pozar bir hərəkəti görülmədikcə Osmanlı dövləti tərəfindən İran hövzəsinə əsgərlə müdaxilə edilməyəcək”.

Azərbaycan xanlıqları öz daxili idarəetmələrini qoruyub saxlamaq istəyirdilər, xaricdən isə Rusiyanın himayəsini qəbul edirdilər. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlilxan Rusiya ilə Qarabağ xanlığı arasında İmzalanan 11 maddədən ibarət müqavilənin şərtlərinə görə, əsasən xarici siyasətdən məhrum oldu, daxildə isə xanlığın idarəetməsini qoruyub saxlamış oldu. Habelə ərazisində rus qoşunlarını saxlamağı öhdəsinə götürdü.

Bu sənədlərin heç birində ermənilərin və ya Qarabağdakı erməni mülklərinin guya Rusiya vətəndaşlığına keçməsindən bəhs edilmir. “Kürəkçay” müqaviləsi Qarabağın Rusiya tərəfindən işğalının əsasını qoymuşdur. Məhz o tarixdən başlayaraq işğal olunmuş Qarabağa sonrakı illərdə ermənilərin köçürülməsi bölgədə ciddi münaqişələrin yaranmasına səbəb olmuşdur. Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması ilə bağlı İbrahimxəlil xanla general Sisyanov arasında bağlanmış “Kürəkçay” müqaviləsi XVIII əsrin sonu və XIX əsrin əvvəllərində bölgədə erməni izinin olmadığını sübut edən əhəmiyyətli tarixi sənəddir. Belə ki, müqavilədəki 11 bəndin heç birində erməni adına rast gəlinmir.

Düşünürük ki, bu sənədin dərci erməni tarixi saxtakarlarına və onların muzdlu vəkillərinə layiqli cavab olacaq. Bu sənədlər bir daha sübut edir ki, Qarabağda ermənilər köçürülmə xalq olublar.

Rusiya İmperiyası 1805-ci il 14 may Kürəkçay müqaviləsinə, onun şərtlərində elan edildiyi kimi, əbədi müddətə əməl etməmişdi: Kürəkçay müqaviləsi on yeddi ildən sonra, 1822-ci ildə ləğv edilmişdi. Müqavilənin surəti ilə tanış ola bilərsiz

Dos.Dr. Zaur Aliyev
Xəbəri paylaş