"Qazaxıstan və Azərbaycanın strateji tərəfdaşlığı müttəfiqliyə doğru irəliləyir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Kamran Sultanlı səsləndirib. O bildirib ki, lakin burada vacib məqamlar var, birincisi bu əməkdaşlıq qarşılıq asılılıqdan yaranır, Qazaxıstan Rusiyadan tranzit asılılıqdan qurtulmaq üçün Orta dəhlizin əsas mayakı olan Azərbaycanıa yaxınlaşmalıdır:
"Qazaxıstan nəzərə alaq ki, Fransanın əsas neft xüsusilə Uran tədarükçüsüdür. Lakin bu uran əsasən Rusiyadan keçirdi. Əgər Fransa Rusiya ilə konfranstasiyanı daha da artıracaqsa Azərbaycana ehtiyacı artacaq, bu isə Fransanın Ermənistan istiqamətində daha neytral və ya mötədil siyasət yürütməsini təmin edəcək. Bəlkə də son zamanlar Almaniyanın fəallaşmasının pərdə arxasında bu dayanır. Amma burada həm də o məsələ var ki, Fransa Almaniyanın ənənəvi aktiv olduğu Mərkəzi Asiyaya, Almaniya isə Cənubi Qafqaza müdaxilə edir. Bu həm də Berlin və Paris arasında rəqabətin arxasında dayanan amildir".
Politoloqun sözlərinə görə, Türkiyə XIN rəhbərinin ABŞ səfəri və Tokayevin Bakı səfəri onu göstərir ki, Birləşmiş Ştatlar Azərbaycan Orta Asiya və Türkiyə arasında əməkdaşlığa maraqlıdır və dəstəkdir:
"Burada önəmli məqam yəqin ki, Ermənistandır. Çünki dəhliz İrandan keçsə İran Türk dünyasında yenə də əsas tranzit olaraq qala bilər. Buna görə ABŞ Ermənistanı güzəştə məcbur etməlidir. Türkiyə və ABŞ ortaq bəyanatı,gələn həftə Qazaxıstan XIN rəhbərinin Ermənistana səfəri böyük ehtimal Ermənistanıa da danışıqlar üçündür. Lakin mən hesab edirəm ki, Mərkəzi Asiya üçün Bakı o zaman əhəmiyyətli olacaq ki, Qərb sərmayəsini Mərkəzi Asiya ilə Mərkəzi Asiya xammalını qərblə bağlasın,eyni zamanda orta dəhlizdə Çin və Qərbi də bir birinə bağlasın. Lakin Orta Asiya Rusiya ilə münasibətlərdə kövrəkdir, buna görə də Bakı məcburdur ki, Orta Asiya ilə bərabər həm də Rusiyanın balanslaşdırsın. Maraqlıdır ki, Rusiya İran və Çinlə birlikdə körfəzdə keçirilən dəniz təlimlərində həm Azərbaycan həm də Qazaxıstan iştirak edəcək. Eyni zamanda Əliyevin Türk dünyasını(Rusiya+Çin+ də daxil olmaqla) prioritet elan etməsi əbəs deyil. Bakı Qərblə körpüləri yandırmır, amma Rusiya və Çinlə də iqtisadi əməkdaşlığı dərinləşdirir eyni zamanda Bakı çalışır ki, Qərb və Şərq üçün eyni şəkildə əhəmiyyətli qalıb yenə qazansın. İndi nə qədər mümkünsə böyük ehtimal davam edəcəklər. Hə burada Türk ölkələri ilə kvazi qütb olmaq məsələsi də var. Təbii ki o qütbdə Rusiya da, Çin də ABŞ-da olmaq üçün mübarizəni davam edəcək".
Anar Əliyev