Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Tehranın regiondan sıxışdırılıb çıxarılmasını qarşısına məqsəd qoyub

Qərb Tehranın regiondan sıxışdırılıb çıxarılmasını qarşısına məqsəd qoyub


Zahirən İranın susqunluğu və ABŞ-ın yetərli dəstək verməməsi müşahidə olunsa da əslində belə deyil. Sadəcə həm İran, həm də ABŞ başda olmaqla Qərb məsələyə öz maraqları prizmasından yanaşırlar. İran prosseslərdə birbaşa iştirak etməyərək müharibənin ona sıçramasından yayınır, amma bütün imkanları ilə kənardan dəstək verməkdə davam edir. Eyni zamanda ABŞ başda olmaqla yarı-ayrı Qərb dövlətləri də müsəlman dünyası ilə problem yaşamamaq üçün və uzun illər ərzində ayrı-ayrı müsəlman dövlətləri ilə qurduqları əlaqələrə ziyan gəlməməsi üçün özlərini elə aparırlar ki, sanki İsrailə dəstək vermirlər və müharibənin tez bir zamanda dayanmasını istəyirlər.

ABŞ xüsusilə müsəlman dünyasının böyük etirazına səbəb ola biləcək Rəfah əməliyyatlarına qarşı olduğunu sübut etməyə çalışır. Rəfahda bir milyondan çox fələstinli qaçqın var. Məlumata görə, onlar bölgənin şimalında döyüşlər başlayan zaman ərazini tərk edərək ora cəmləşiblər. ABŞ İsraildən bu rayondakı dinc sakinlərin müdafiəsi ilə bağlı tədbirlərin görülməsini istəyir. Əslində isə Rəfahda əməliyyatla bağlı Baydenlə Netanyahu arasında ziddiyyət şişirdilib.

ABŞ Prezidenti Cozef Bayden və Benyamin Netanyahu arasında olan son telefon danışığında Rəfah da daxil olmaqla Qəzzadakı humanitar vəziyyətin müzakirəsindən sonra Ağ Ev ABŞ-ın İsrailin müharibə ilə bağlı bütün hədəflərinə sadiq qaldığı ilə bağlı bəyanat verib. Bütün tələblərə sadiq qalma isə əslində o deməkdir ki, ABŞ Qəzza zolağının İsrail üçün bir daha təhdid mənbəyi olmaması üçün HƏMAS-ın tamamilə məhvində, bütün girovların azad edilməsində İsrailin mövqeyini dəstəkləyir.

Yəni başqa szölə desək ABŞ əslində HƏMAS-ın tamamilə məhv edilməsində maraqlıdır sadəcə müsəlman dünyasının qəzəbinə tuş gəlməmək və qurulmuş münasibətlərə zərbə vurmamaq üçün İsraildən əməliyatlar zamanı dinc sakinlərin müdafiəsi üçün tədbirlər görməsini istəyir.
Yəhudi hökuməti isə İordan çayından başlayaraq Aralıq dənizinədək bütün Fələstin ərazisinə nəzarət etmək niyyətindədir. Böyük Britaniyanın da HƏMAS-la bağlı mövqeyi müttəfiqləri ilə oxşardır. Krallığın xarici işlər naziri Devid Kemeron bildirib ki, atəşkəs HƏMAS liderləri zolağı tərk edəndən, infrastrukturu dağıdıldıqdan sonra mümkün olacaq.
HƏMAS siyasi bürosunun başçısı İsmayıl Həniyə isə Qətərin paytaxtı Dohada Çinin Xarici İşlər Nazirliyi Qərbi Asiya və Şimali Afrika idarəsinin başçısı Van Keytszyanla görüşüb. Görüşdə Qəzza zolağında siyasi vəziyyətin dəyişməsi, hərbi əməliyyatların dayandırılması və sektora təcili humanitar yardımın çatdırılması yolları müzakirə olunub. Deməli, HƏMAS İran, Rusiya və Çinlə birlikdə yeni siyasi vəziyyətə hazırlaşmağı planlaşdırır.

Belə bir vəziyyətdə ABŞ və ümumilikdə Qərbin rposseslərə seyrçi qalacağı inandırıcı deyil. Qərb HƏMAS-ın və bənzər qruplaşmaların Qəzza da daxil olmaqla bütünlükdə Fələstin ərazisindən çıxarılması ilə Tehranın regiondan sıxışdırılıb çıxarılmasını qarşısına məqsəd qoyub və bu istiqamətdə də dəstəyini davam etdirir.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş