Bəşər tarixində Azərbaycan xalqı qədər tarixin müxtəlif döngələrində etnik təmizləmə, soyqrım kimi dəhşətli faciələrə məruz qalmış ikinci bir xalq yoxdur. "13.10.1813 Gülüstan", "10.02.1828 Türkmənçay" müqavilələrindən sonra ermənilərin çar Rusiyası tərəfindən sistematik şəkildə Azərbaycan torpaqlarına köçürülməsi prosesi başlandı ki, bu hadisə sonrakı müsibətlərin başlanğıcı kimi qiymətləndirilməlidir. Rusiya imperiyası Azərbaycanın qərbi, indiki Göyçə-Zəngəzur və Qarabağ bölgəsində əhalinin say nisbətini ermənilərin lehinə dəyişməkdən ötrü ciddi addımlar ataraq İrandan, Osmanlıdan və Yaxın Şərqdən çoxlu sayda erməni ailələrini bu ərazilərə köçürdü. İmperiyanın dəstəyi və dəstəkdən yaranan əlverişli siyasi mühüt zaman keçdikdə həmin insanlarda dövlət formalaşdırmaq arzusunu yaratdı və mənfur qonşularımız həmin niyyətini məhz 20-ci əsrdə Azərbaycan torpaqları hesabına reallaşdırdılar.
XX əsrin əvvəllərində Azərbaycanın qərb bölgələrində erməni silahlı dəstələri tərəfindən çox illik planların tərkib hissəsi olaraq xalqımıza qaşı müxtəlif qırğınlar törədildi və 1918- ci il 30 mart, 2- aprel qırğınları bu proseslərin davamı idi. Bakı Soveti və Daşnaksütun partiyası, onlara dəstək verən " eser, menşevik, kadet, daşnak" silahlı dəstələri və Bakı Sovetinin hərbi- inqilabi komitəsinin erməni əsilli Korqonovun rəhbərliyində olan qüvvələr Stepan Şaumyanın göstərişi ilə dinc əhaliyə qarşı misli görünməmiş qırğınlar törətdilər. Bakı şəhəri və quberniyasında təxminən 15-20 min, Şamaxıda 7 min, Qubada 6 min, Qarabağ, Səlyan, Lənkəran, Naxçıvan, Zəngəzur və müxtəlif ərazilərdə törədilən qırğınlar nəticəsində 50 mindən çox insan hayatını itirdi.
Mart qətliamına ilk hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. Onun 6 mart 1998- ci ildə verdiyi sərəncam ilə 31 mart Azərbaycanlıların soyqırımı kimi qeyd olunmağa başlandı. Ancaq çox təhsüf ki, dünya ictimaiyyəti bu cür həssas mövzularda belə iki standartlardan çıxış edir və həqiqətləri görməzdən gəlir. Lakin bir sıra dövlətlər Azərbaycan və Türkiyəyə təzyiq etmək üçün vaxtaşırı olaraq heç bir tarixi əsası olmayan, tamamilə uydurma faktlarla ortaya atılmış qondarma erməni soyqırımı kimi rəzaləti qəbul edir, siyasi təziq vasitəsi kimi istifadə edirlər.
Cənubi Qafqaz regionun beynəlxalq güclər üçün qlobal qarşıdurmanın yeni mərkəzi halına gəldiyini nəzərə alarsaq yenədə masada Ermənistan faktorundan istifadə olunur, bu ölkə siyasi alət rolunda çıxış edir.
Lakin bütün bu neqativ hallara baxmayaraq bizim qarşımızda duran əsas vəzifələrdən biri Mart soyqırımı, Xocalı soyqırımı və daha neçə qanlı tariximizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və məzlum erməni imici ardında gizlənən xalqın əsl kimliyini bütün dünyaya tanıtmaqdır.
Pərviz Mirizadə-AVP sədrinin müşaviri