"Baş tutan görüşdən bir gün əvvəl Antoni Blinkenin, onun ardınca isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də Prezidentimizə zəng vurması onların Azərbaycanla hesablaşdıqlarını bir daha təsdiqləyir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Brüssel görüşünü şərh edərkən səsləndrib. O bildirib ki, görüşlə bağlı keçirilən mətbuat konfransında səslənən fikirlər və eləcə də görüşün rəsmi nəticələri ilə bağlı verilən məlumatlar onu deməyə əsas verir ki, Azərbaycan Brüsseldəki görüşdə iştirak etməsə də, prosesə müəyyən qədər müdaxilə etməyi bacarıb6
"Belə ki, görüşdə gözlənildiyi kimi Ermənistana hansısa hərbi təhlükəsizliklə bağlı zəmanət verilməsi, təhlükəsizlik sahəsində paktın imzalanması kimi məsələlər müzakirə olunmadı. Eyni şəkildə görüşdən əvvəl Paşinyanın dediyi kimi Ermənistan iqtisadiyyatına “kosmik milyardlar” qoyulacağı ilə bağlı gözləntilər də özünü doğrultmadı.
Ümumi razılşadırılmış məsələ ABŞ tərəfindən Ermənistana 65 miylon dollar, Avropa İttifaqı tərəfindən isə 4 il ərzində 270 milyon avro maliyyə dəstəyinin verilməsi oldu. Buraya hətta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi –USAID-nin ayıracağı 8.5 milyon dollar dəyərində yardımı da əlavə etsək deyə bilərik ki, Ermənistan iqtisadiyyatının ayaqda tutulması və ya Rusiya uqtusadiyyatından olan asılılığına son qoyulması üçün bu rəqəmlər olduqca gülünc görsənir".
Politoloq hesab edir ki. amma məsələnin digər tərəfləri də var:
"Əvvəla bu görüşünün özünün baş tutması ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və gərginliyin yaranmasına gətirib çıxaracaq. Sülh prosesinin bir addımlığında sərgilənən mövqe bir daha Qərb dairələrinin bölgədə sabitlik istəmədiklərini açıq göstərir. İkincisi, dünənki görüş Ermənistanın münaqişə mərkəzi olmağa və öz maraqlarından deyil başqasının maraqlarından çıxış etməyə hazır olduğunu göstərdi. Üçüncüsü, 5 aprel görüşü tərəflərin Paşinyanın "Dünya kəsişməsi" layihəsinə dəstək verməsi ilə bağlı çağırışlarla da yadda qaldı ki, bu da bir daha qərəzli dairələrin regiona nifaq toxumu səpmək cəhdlərindən irəli gəlir. Məlumdur ki, Qafqaz ölkələrindən heç birinin tam olaraq dəstəkləmədiyi bu layihəni Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin alternativi kimi təqdim edir. Və ən nəhayət görüşdə qapalı olaraq razılşaşdırılan və ictimaiyyətə açıqlanmayan məsələlərin də olması ehtimalı kifayət qədər yüksəkdir. Yəni, Ermənistanın boyunduruğa salınmasına təkan verən görüşə sülh, sabitlik və iqtisadi əməkdaşlıq donu geyindirilməsi əsl məqsədlərin pərdələnməsidir.
Başqa sözlə Qərb dairələri hər nə qədər də bizi bu görüşün Azərbaycanın əleyhinə olmadığına inandırmağa çalışsalar da əslində bu belə deyil. Bu görüş regionda vəziyyətin gərginləşdirilməsi baxımından da, bölgənin Qərb – Rusiya qarşıdurmasında poliqona çevrilməsi baxımından da və ən əsası Qərbin Ermənistana dəstəyi fonunda erməni cəmiyyətində olan revanşist ab-havanın yüksəlməsi baxımından da Azərbaycanın əleyhinədir.
Bir görüşdə ki, əvvəldən elan olunmadığı halda Azərbaycanı daxildən parçalama cəhdləri güdən qurumları maliyyələşdirən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer və öz anti –Azərbaycan mövqeyi ilə ad çıxarmış Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel iştirak edib o görüşdən nəsə yaxşı bir nəticə gözləməyə dəyməz.
Odur ki, 5 aprel görüşündə Nikol Paşinyanın Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması prosesinə sadiq olduğunu bildirməsinə də əslində siyasi riyakarlıq kimi baxmaq lazımdır".
Yusif Bağırzadə, "Görüşü ümüumi olaraq qiymətləndirsək deyə bilərik ki, bu görüşdə anti-Rusiya qüvvələri istədiklərinə nail oldular. Bu qüvvələr Ermənistanı öz riyakar və məkrli oyunlarının iştirakçısına çevirməyə müvəffəq oldular. Səslənən bəyanatlar və təşəbbüslərin də əksəriyyəti ancaq buna yönəlib. Şübh yoxdur ki, Ermənistan üçün ayrılan maliyyə elə-belə ayrılmır və qarşıdakı dövrdə Ermənistan ayrılan vəsaitləri doğrultmaq üçün hansısa addımlar atacaq. Şübhəsiz ki, əsas etibarı ilə Rusiya əleyhinə addım və qərarların şahidi olacağıq. Bütün bunlar isə regionda onsuzda gərgin olan vəziyyətin daha də gərginləşməsinə səbəb olacaq",-deyə bildirib.
Süleyman