Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Dördgünlük müharibə”nin dərsləri və mesajları

"Dördgünlük müharibə”nin dərsləri  və mesajları


Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən sayılan 2016-cı il APREL DÖYÜŞLƏRİNDƏN 8 il keçdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda savaşda canlarından keçmiş şəhidlərimizi bir daha ehtiramla anır, ruhları qarşısında baş əyir,qazilərimizə və bu yöndə əməyi keçən hər kəsə can sağlığı,sağlam uzun ömür arzulayırıq!

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə 4 gün əzində düşməni ağır məğlubiyyətə uğradaraq, o vaxt işğal altında olan ərazilərin 2 min hektardan çox hissəsini azad etdi.Həmçinin strateji cəhətdən vacib bir sıra ərazi və yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi.

“Dördgünlük müharibə”- 2016-cı ilin 2 aprelindən 2020-ci ilin 8 noyabrına-Qarabağın azadlığına gedən yolda 44 günlük Vətən müharibəsindəki zəfərimizin başlanğıcı,təməl daşı oldu.

“Dördgünlük müharibə”nin Azərbaycan üçün tarixi əhəmiyyəti ilə yanaşı, həm Ermənistanın,həm onun havadarlarının, həm də anti-Azərbaycan mahiyyəti daşıyan əməl sahibləri olan digər bəzi dövlət və beynəlxalq təşkilatların nəticə çıxarması üçün vacib olan bir sıra dərsləri və mesajları da ortaya qoydu.Hazırda dünyada yaşananılan qeyr-müəyyənləklər təkqütblü dünya düzənindən çoxluqütlü dünya düzəninə keçid adlandırılsa da,əslində dünya sürətlə təhlükələrini proqnozlaşdırmaq mümkün olmayan xosa sürüklənir.Belə bir vaxtda “Dördgünlük müharibə”nin dərslərini və mesajlarını xatırlatmaq yerinə düşər: “Dördgünlük müharibə” çox vacib bir faktı ortaya qoydu ki, həm regional güc balansı, həm də dünyada vəziyyət dəyişib. Azərbaycan təkcə iqtisadi və demoqrafik deyil, həm də hərbi baxımdan Ermənistandan qat-qat güclüdür.“Dördgünlük müharibə” Ermənistana çox ciddi siqnal və mesaj oldu ki, havadarlarının güc və dəstəyinə arxalanaraq işğalçılıq yolunu davam etdirsə, aprel döyüşlərindəkindən də ağır məğlubiyyətlərə düçar olacaq.Bu kontekstdə aprel döyüşləri Ermənistanın başına gələ biləcək ən pis ssenariləri də ortaya qoydu ki, havadarlarının vədlərinə güvənib qonşusunun varlığına son qoymaq mərəzinin məntiqi sonu öz varlığını təhlükə altına atmaqdır.

Lakin “Dördgünlük müharibə”nin 8-ci ilinin tamam olduğu bir zamanında ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilmüş üçtərəfli görüşün əsl mahiyyətinin və pərdələnmiş hədəflərinin,qlobal, regional və Azərbaycan əleyhinə olan məqamlarının görünməyən tərəflərinin görünən tərəflərindən daha çox olması fikirləşmək üçün zəngin matearial verir ki,sözügedən yöndə yetərincə nəticə çıxarılmayıb.

Zaman keçdikcə ölkəmizin “Dördgünlük müharibə”dəki zəfərinin əhəmiyyəti ilə yanaşı, Azərbaycanın 44 günlük müharibədəki zəfərinin və 23 saatlıq anti-terror əməliyyatının da Cənubi Qafqaza və dünyaya gətirəcəyi faydalar daha yaxşı anlaşılacaq.Ona görə də Qarabağ ətrafındakı qanlı oyunu başladan və yeni oyunlar qurmağa cəhdlərlə regionumuzda rəqabət aparan dünya gücləri Qarabağ mövzunun bağlandığını həzm etməli, bu məsələ ilə bağlı məkrli siyasətlərini tarixin arxivinə göndərməli, manipulyasiyalara, təxribatlara,riyakar fəaliyyətlərinə, Azərbaycana təzyiqlərinə son qoymalıdırlar.Bir tərəfdən Azərbaycanın müharibədəki qələbəsini həzm etmək istəməyən,digər tərəfdən isə Azərbaycanın bu qələbə ilə regionda yeni situasiya yaradıb daha böyük nəticələrə nail olmaq üçün yaxşı şans qazanması faktı qarşısında aciz qalanlar Ermənistan üzərindən qurulan oyunları davam etdirməkdənsə, səylərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə başladığı və regionda sülhə,əmin-amanlığa,sabitliyə və tərəqqiyə xidmət edən böyük missiyasına, quruculuq işlərinə yönəltsə; Azərbaycan-Ermənistan arasındakı ikitərəfli danışıqlar platformasının kövrək nəticələrini etibarlı və davamlı sülh sazişi səviyyəsinə çatmasına fikirdə,sözdə və əməldə dəstək versə; işğaldan azad edilmiş ərazilərilərimizin minalardan təmizlənməsinin miqyaslarının sürətlə artmasına,bu məqsədlə Azərbaycana dəqiq mina xəritələrinin verilməsinin təmin edilməsinə,İkinci Qarabağ müharibəsindən 3 il yarlm keçməsinə baxmayaraq hələ də işğal altında qalmış Azərbaycan kəndlərinin sahibibə qaytarılmasına; Qafqaz Evi idayasının reallaşdırılmasına,ən azından bu kontekstdə Latvita,litva,Estoniyanın qarşılıqlı əməkdaşlıq modelinə bənzər daha mükəmməl bir modelin Azərbaycan,Gürcüstan,Erməniztanın timsalında “Sabit və firavan Cənubi Qafqaz naminə Əməkdaşlıq Modeli”nin realllaşmasına dəstək verməsinə səy göstərsə,bu həm region ölkələri üçün,həm də aləmin bir-birinə qarışdığı hazırkı çoxtəhlükəli bir zamanda qlobal baximdan da çox perspektivli olardı.

Əli Məsimli, Milli Məclisin deputatı
Xəbəri paylaş