Laçına diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində gedən Fransanın səfiri Ann Buayon Fransa XİN razılığı ilə gedib. Bir müddət bundan əvvəl, rəsmi Paris Azərbaycandan səfirini məsləhətləşmələr üçün geri çağırmışdı. Fransa səfiri nəinki geri qayıtdı, Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdi. Fransa səfirini işğaldan azad olunmuş Laçına səfər edən amil, rəsmi Parisin Azərbaycanla münasibətlərin normallaşmasına getməsindən irəli gəlir.
Fransa müharibədən sonra, işğaldan azad olunmuş ərazilərə diplomatlarının səfərinə icazə vermirdi. Daima olaraq ermənilərin Qarabağa qayıdışını qabardırdı. N. Paşinyan Fransanın apardığı bu siyasətin Ermənistanın maraqlarına da cavab vermədiyinin fərqində oldu. Bu kontekstdə Parislə əməkdaşlıqdan imtina etdi, demək olar. Çünki Fransanın təhriki ilə hərəkət etsəydi, Ermənistan üçün ağır nəticələrə səbəb ola bilərdi.
Fransa səfiri Şuşa və Xankəndiyə də bir müddətdən sonra səfər edəcək. Ermənistanla Azərbaycan arasında buzlar əridikcə, dörd kəndin Azərbaycana danışıqlarla qaytarılması, Fransanı geri addım atmağa sövq etdi. Fransa məhz Ermənistan vasitəsilə regionda yeni müharibədə maraqlı idi. Ermənistan Baş naziri Nikol Paşinyan vaxtında qərar verərək, Fransa liderini deyil, Azərbaycan prezidentinin təkliflərinə üstünlük vermiş oldu.
Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalandıqdan sonra, Fransa Azərbaycanla münasibətləri inkişaf etdirəcək. Hətta Azərbaycanla Fransa arasında hərbi -texniki əməkdaşlıq haqqında anlaşma əldə edilməsi mümkün ola bilər. Azərbaycan Fransadan yeni silahlar alması mümkündür.
Azərbaycanın Cənubi Qafqazda yeni siyasi nizam yaratması, regional əməkdaşlığa üstünlük verməsi, Parisin geri addım atması ilə nəticələnir. Təbii ki, Ermənistan baş naziri Nikol Paşinyan Fransanın avantürasına getməyərək praktiki siyasətə üstünlük verməsi, onun hakimiyyətinin inkişafina gətirib çıxardı.
Məhəmməd Əsədullazadə
MCP Başqan müavini