Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənib

İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənib


Azərbaycan və İran yaxşı qonşu, dost ölkə kimi son dövrlərdə qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verən güclü siyasi iradə ortaya qoymaqdadır. Hər iki ölkənin hökumət və dövlət başçıları səviyyəsində yaxın təmasların artması və ortaq mövqenin ortaya qoyulması siyasi əlaqələrin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdadır.
Əvvəla nəzərə almaq lazımdır ki, Azərbaycanla İranın geniş bir coğrafi bağlılığı var, ölkəmizin ən uzun dövlət sərhədi - 765 kilometri məhz bu ölkə ilə kəsişir. Bu amil özü əlaqələrin dinamikasını və yaxın qonşuluğun hərarətinin artırmağı siyasi zərurətə çevirir.

Ölkələr arasında münasibətləri şərtləndirən digər bir mühüm amil tarixi köklərlə bağlıdır. İstimai mühit, tarixi əlaqələr, din və etiqad birliyi, yaxın mədəni köklər, milli-mənəvi dəyərlər, xalqlarımızın həyat tərzindəki oxşarlıqlar və digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasında əsaslı rol oynayır.

Ötən həftə açılışı baş tutan Araz çayı üzərində inşa edilmiş “Qız Qalası” və “Xudafərin” su qovşağı və SES-in istifadəyə verilməsi isə iki ölkə arasında böyük iradənin nümunəsi hesab edilə bilər. Bu, həm də nəhəng regional infrastruktur olmaqla, bölgə ölkələrini bir iqtisadi enerji koalisiyasına qoşmaq üçün cəsarətli addım, böyük təşəbbüskarlıqdır.

Çox təəssüf ki, belə bir möhtəşəm layihənin açılış mərasimindən sonra İran Prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən şəxslər helikopter qəzasında faciəli surətdə həlak oldu və bu xəbər Azərbaycanda da böyük kədərlə qarşılandı. Prezident İlham Əliyev faciə ilə bağlı “Tviter” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edərək üzüntüsünü ifadə etdi.

Mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə gələrək matəm kitabına ürək sözlərini yazan Cənab Prezident bu itkini ntəkcə İran xalqına, dövlətinə deyil, bütün müsəlman aləminə üz verdiyini xatırlatmaqla dərdə şərik oldu.

Bu acı kədər İran və Azərbaycanı nə qədər sarsıtsa da, hər iki ölkə nikbin və inamlıdır, gələcək əlaqələri irəlilədəcək strateji layihələrdə qətiyyətlə addımlamaqda daha da inadlıdır. Tehran və Bakı əldə olunmuş bütün razılaşmaları icra etmək, daha yeni hədəflərə çatmaq üçün münasibətləri ən yüksək səviyyəyə qaldırmağa qadir və açıqdır.
Çünki bunu günümüzün reallıqları, ələxus da regionda və dünyada müşahidə edilən geosiyasi və geoiqtisadi proseslər də şərtləndirir. Regiondan kənardakı bəzi qüvvələr, xüsusilə də Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşməsindən narahat olduğu kimi, İran-Azərbaycan əlaqələrinin yaxınlığınından da qıcıqlanır, ümumiyyətlə bu bölgədəki bütün qonşu ölkələr arasında birliyin möhkəmlənməsinə mane olmağa, ədavət salmağa çalışırlar.

Ancaq əbəs yerə özlərini yorurlar. Prezident İlham Əliyevin vurğuladığı kimi İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənib. Qeyri-regional ölkələrin müdaxiləsi qəbuledilməzdir və buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin bu yersiz və lazımsız müdaxilələri heç bir səmərə verməyib və verməyəcək. Bəyan olunduğu kimin “Biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq”.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş