Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin çağırışına səssiz qalmamalıdır

Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin çağırışına səssiz qalmamalıdır


"Çoxdan gözlənilən tarixi gün gəldi, 32 illik nisgil və həsrətə son qoyuldu, xocalılıların doğma yurdlarına - Xocalı şəhərinə qayıdışı başlandı. Bəli, məhz Müstəqillik Günündə birinci 20 ailə Xocalıya qayıtdı. Prezident İlham Əliyev mayın 28-də Xocalıya qayıdan sakinlərlə görüşüb, dövlətimizin hər zaman onların yanında olacağını bildirdi. Bu gün isə Prezidentin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə növbəti köç karvanı yola salındı. Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 24 ailədən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan Xocalıya yola salınıb. Son iki gündə ümumilikdə Xocalı şəhərinə 44 ailənin (169 nəfərin) daimi məskunlaşması təmin edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki,
Zəngilan (Ağalı), Cəbrayıl, Laçın, Füzuli, Ağdam, Şuşadan sonra Xocalı da Böyük Qayıdışın cərgəsinə qoşuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı böyük Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Öz yurdlarına dönən vətəndaşlarımızın sevincini, fərəhini sözlə ifadə etmək mümkün deyil:

"Xocalıya qayıdan soydaşlarımız da bu hadisəni möcüzə kimi qiymətləndirirlər. Şəhid qızı olan Xocalı sakini, keçmiş məcburi köçkün Zümrüd Əliyevanın bu qayıdışla bağlı söylədiyi fikirlər insanda böyük qürur hissi yaradır: “Xocalını tərk etdiyim gün - o dəhşətlər hələ də gözümün önündədir. Şükürlər olsun ki, artıq güclü dövlətimiz, ordumuz var. Bu gün bizə möcüzə kimi görünür. Köçün bu qədər gözəl olacağını təsəvvür edə bilməzdim”.

Şahidlik etdiyimiz bu tarixi günlərdə Xocalı soyqırımı qurbanlarını və bütün şəhidlərimizi də sayğı ilə yad edirik. Xocalının azad və abad günlərinin başlanmas onların da ruhunu şad edər. Bu gün Azərbaycan xalqı öz keşməkeşli tarixinin ən parlaq, şərəfli çağlarını yaşayır. Və “Böyük Qayıdış” Proqramının hər bir mərhələsi də bizim üçün böyük rəmzi mənası, mənəvi yükü olan önəmli tarixi günlərdə baş tutur. Bu mənada Xocalıya ilk qayıdışın mayın 28-də gerçəkləşməsi təsadüfi deyil. Xocalılılarla görüşündə, Müstəqillik Günü münasibətilə onları təbrik edən Prezident İlham Əliyev də bu gözəl gündə xocalılıların qayıdışının heç də təsadüf olmadığını vurğuladı: “Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur”.

Komitə sədri qeyd edib ki, dövlətimizin başçısı Xocalının əvvəlkindən də daha gözəl şəhər olacağına əminliyini bildirərək qeyd etdi ki, “bu gün sadəcə olaraq, birinci mərhələdir:

"Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə”. Xocalının işğal tarixinə, Ermənistanın Xocalı soyqırımını törədərək günahsız insanlarımızı qətlə yetirməsinə, insanlığa qarşı cinayət törətməsinə, xocalılıların faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli olmalarına münasibət bildirən Prezident İlham Əliyev onu da vurğuladı ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək.

2023-cü ilin 19-20 sentyabrında qalib Ordumuzun həyata keçirdiyi ildırım sürətli lokal antiterror əməliyyatı nəticəsində Xocalıda, Xankəndidə, Xocavənddə, Əsgəranda erməni separatizminə sonuncu ölümcül zərbə vuruldu, Qarabağda suverenliyimiz tam bərpa edildi. Ermənilər bunu gözləmirdilər. Çünki Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi onlar bizim torpaqlarımızda separatçılıqla əbədi məşğul olacaqlarını düşünürdülər: “Burada - Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar”. Ancaq 44 günlük İkinci Qarabağ müharibəsi kimi, antiterror əməliyyatı da həm ermənilərin, həm də onların havadarlarının bütün işğalçı və separatçı planlarını alt-üst etdi və xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi".

Əlisahib Hüseynovun sözlərinə görə, hazırda Ermənistanda revanşistlər kifayət qədər çox olsa da, lakin 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatı zamanı düşmənə vurulan sarsıdıcı zərbələrdən sonra Ermənistanın bundan sonra heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcəyinə əminliyini ifadə edən və bütün Qarabağın, Şərqi Zəngəzurun çox möhkəm bir istehkam zonası olacağını, Azərbaycan xalqının başına bir daha bu faciələrin gəlməməsi üçün bu istiqamətdə mühüm işlərin görüldüyünü bildirən dövlətimizin başçısı Xocalının cəmi 8 ay ərzində bərpa edildiyini və məhz Müstəqillik günündə Xocalıya qayıdışın baş tutmasının xüsusi məna daşıdığını diqqətə çatdırdı:

"Tariximizə qızıl hərflərlə yazılacaq hadisələr sürətlə baş verir. Xocalının səkkiz ay ərzində bərpa edilməsi və artıq ilk qayıdışın baş tutması belə mühüm tarixi hadisələrdən biridir. Cəmi səkkiz aya şəhid və şahid şəhərimizdə bax belə böyük quruculuq işləri aparılıb. Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da artıq hazırlanıb. Bu, hələ birinci mərhələdir. Ümumiyyətlə, Xocalı yaxın gələcəkdə böyük şəhər olacaq. Prezident İlham Əliyev antiterror əməliyyatından dərhal sonra Xocalının bərpasına başlanıldığını bildirdi: “Mən xüsusi tapşırıq vermişdim, antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik... Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi”. Dövlətimizin başçısı sentyabr ayından artıq Xankəndiyə də köçün başlayacağını bildirdi və qeyd etdi ki, birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Çünki Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə də indi Xocalı ilə bərabər, Xankəndidə də sürətli bərpa-quruculuq işləri aparılır.

Xocalı Memorial Kompleksinin inşa edilməsi isə erməni təcavüzkarlığının ağr nəticələrinin bütün dünyaya nümayiş etdirilməsində önəmli rol oynayacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, “bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir. Bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”. Bəli, rəsmi İrəvan həm Xocalı soyqırımına görə, həm də bütövlükdə müharibə cinayətlərinə görə bizdən hökmən üzr istəməlidir. Bu, Azərbaycan Prezidenti tərəfindən Ermənistan rəhbərliyinə ciddi mənəvi yükü olan çağırışdır. Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin çağırışına səssiz qlmamalıdır".

Süleyman
Xəbəri paylaş