Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verir

Cənab İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verir


Azərbaycan diasporunun ən güclü şəkildə təşkilatlandığı, formalaşdığı ölkələrdən biri də Rusiya Federasiyasıdır. Şimal qonşumuzun bütün subyektlərində demək olar ki, Azərbaycan diasporunun təşkilat və qurumları mövcuddur. Bunlardan biri də Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətidir. Uzun illər Buryatiyada yaşayan Cəmil Hüseynov bu illər ərzində ölkəmizin təbliği, burada yaşayan azərbaycanlıların birlik və bərabərliyi, eləcə də müxtəlif problemlərlə üzləşən azərbaycanlılara həmin problemlərin həlli istiamətində istənilən səviyyədə dəstək duraraq böyük nüfuz və şöhrət qazanıb. Bu səbəbdən 2009-cu ildən səsəvermə yolu ilə Cəmil Hüseynov Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri seçilib. Göstərdiyi səmərəli fəaliyyət və Buryatiya Respublikasının ictimai-siyasi həyatındakı mühüm roluna görə, Cəmil Hüseynov bir müddət əvvəl deputat köməkçisi seçilib.
Newscenter.az olaraq Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, ümumən oradakı azərbaycanlıların durumu ilə bağlı sözügedən qurumun rəhbəri Cəmil Hüseynovla söhbətləşdik.

-Cəmil müəllim, rəhbəri olduğunuz Azərbaycan Milli Mədəni Muxtariyyəti nə zamandan fəaliyyət göstərir və bu illər ərzində nə kimi işlər görüb, layihələr həyata keçirib?

-Məlumat üçün bildirim ki, 2009-cu il, noyabrın 10-da sənvermə yolu ilə Azərbaycan Milli Mədəni Muxtariyyətinin rəhbəri seçilmişəm. Bu günə qədər işlədiyim zaman müddətində göstərdiyim fəaliyyət göz qabağındadır. Müxtəlif sahələri əhatə edən fəaliyyətlərimizlə təşkilat olaraq soydaşlarımızla birlikdə bu şəhərdə yaşayan başqa xalqlardan geri qalmamışıq. Ötən illə ərzində bir çox layihələr həyata keçirmişik. Bundan başqa, burda yaşayan soydaşlarımızla birlikdə qələbə günlərini qeyd etmişik, şəhər ad günü tədbirinə qatılmışıq, müxtəlif idman yarışları təşkil etmişik. Ümimiyyətlə, göstərdiyimiz fəaliyyətlərlə Azərbaycanın adını həmişə yüksək səviyyəyə qaldırmışıq.
Onu da qeyd edim ki, mən hər 5 ildən bir Ağsaqqallar Şurasına müraciət edərək burada yaşayan soydaşlarımız, ziyalılar, gənclərlə bir araya gəlirəm. Bütün görüşlərdə də deyirəm ki, mən əbədi deyiləm, məndən də ziyalı, savadlı, gənc kadrlarımız var. Buyurub sizə də önə çıxın və kim işləmək istəyir, gəlib işləsin. Ancaq burda yaşayan soydaşlarımız deyirlər ki, sizin gördüyünüz işlər bizim üçün qanedicidir, üərəkaçandır, ona görə də hələ siz bizə lazımsınız. Bu günkü günə qədər məni bu vəzifədən uzaqlaşdırmırlar. Hamısı da ətrafımda birləşiblər və Azərbaycan naminə, Azərbaycanın adını daha da yüksəltmək üçün bu işləri görürük.

-Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində təxminən nə qədər azərbaycanlı yaşayır və təşkilat olaraq azərbaycanlılarla sıx, əlaqəli işləyə bilirsinizmi?


-Selenqa şəhərində 700-dən çox azərbaycanlı yaşayır və hər bir azərbaycanlı ilə məni xüsusi ünsiyyətim, əlaqələrim var. Müntəzəm olaraq onlarla, buradakı gənclərlə görüşlər keçiririk. Tam əminliklə deyə bilərəm ki, buradakı azərbaycanlılarla sıx, əlaqəli şəkildə Azərbaycan diasporu ətrafında birləşib öz fəaliyyətimizi həyata keçiririk.


-Adətən, soydaşlarımızın üzləşdiyi problemlər hansılardır və həmin problemlərin həllinə necə dəstək olursunuz?

-Hər yerdə olduğu kimi burada yaşayan soydaşlarımızın müəyyən problemləri var. Miqrasiya, təhsil, hansısa bir dövlət qurumu tərəfindən qəbul şöbəsində yaşanan problemlərlə bağlı müraciətlər daxil olur. Ümumən bu kimi məsələlər çoxdur və zaman-zaman da bunlar da öz həllini tapır. Təbii ki, soydaşlarımızın üzləşdiyi problemlərin həllinə dəstək oluram. Məlumat üçün qeyd edim ki, 2021-ci ildə Buryatiya Muxtar Respublikasının prezidenti Tamizdat Sdenov toplantıların birində şəxsi müraciətim oldu. Prezidentdın xahiş etdim ki, burda yaşayan bir neçə azərbaycanlı ailə zamanında sənədləşmə işlərini qaydasında həyata keçirmədikləri üçün problemlə üzlışiblər və prezidentdən xahiş etdim ki, onlara dəstək olsun. Prezidentin mənə cavabı oldu ki, həmin ailələrin sənədlərini yığıb Prezident Aparatına təqdim edim. Həmin məsələlər orada həllini tapacaq. Elə də oldu, mən qısa bir zamanda sənədləri PA-ya təqdim etdim problem tez bir zamanda öz həllini tapdı. Ümumiyyətlə, bütün problemlərin öhdəsindən gələ bilirik, onların həllini tapırıq.

-Səhv etmirəmsə bu günlərdə deputat köməkçisi təyin olunmusunuz və bu etimad, görəv orada yaşayan azərbaycanlıların problemlərinin daha tez bir şəkildə həll olunmasına nə dərəcədə dəstək olacaq?

-Bu etimadın göstərilməsini həqiqətən mən özüm də heç gözləmirdim. Məlumat üçün qeyd edim ki, noyabr ayında burada deputat seçkiləri keçirildi. Hər zaman olduğu kimi bu seçkilərdə də Azərbaycan diasporu olaraq çox aktiv şəkildə iştirak edirdik. Mənim deputat köməkçisi seçilməyim məsələsi çoxdan müzakirə olunurdu. Bu vaxta qədər gördüyüm işlər, həyata keçirdiyim layihələr və s. mənim deputat köməkçisi seçilməyimə yol açdı. Artıq deputan köməkçisi kimi sözümüz daha yüksək yerlərdə, dövlət qurumlarında, böyük məclislərdə keçəcək. Bu da bizim burda yaşayan soydaşlarımız üçün yaxşı bir şansdır. Hansısa bir problemlər olarsa, həmin problemlər öz həllini bundan sonra daha tez tapacaq.

-Bəs digər diaspor təşkilatları, eləcə də Rusiyadakı səfirliymiz ilə münasibətləriniz hansı səviyyədədir, əlaqələriniz varmı?

-Rusiyadakı 85 subyektlərin hər biri ilə bizim əlaqələrimiz var, biz öz əlaqələrimizi kəsmirik və çalışırıq ki, bir-birimizlə ünsiyyət quraq. İrkutsk, Çita, Kabarks, Krasnoyarsk şəhərləri ilə daha sıx əlaqələrimiz mövcuddur. Bundan başqa bizim diaspor təşkilatlarının whatsapp qrupu var ki, orada da təxminən 60-dan çox diaspor təşkilatlarının nümayəndələri ilə müxtəlif məsələləri müzakirəyə çıxarırıq. Bəzi məsələlər müzakirə ərəfəsində öz həllini tapır. Bundan başqa gördüyümüz işlərdən müxtəlif paylaşımlar edirik. Ümumiyyətlə, bütün regionla əlaqələrimiz var.

-Cəmil müəllim, istər-istəməz Vətəndən kənarda, qürbətdə yaşayırsınız və təbii ki, tez-tez Vətən, doğma yurdunuz yadınıza düşür. Belə hallarda Vətən həsrətini, yurd həsrətini nə ilə qarşılayırsınız, nədən təsəlli tapırsınız?

-Həqiqətən təsirli bir sualdır. Vətəni sevməmək olmaz. Azərbaycan bizim doğma yurdumuz, doğma vətənimizdir. Azərbaycanımızdan, doğma vətənimizdən biz böyük qürur hissi keçiririk. Vətənimi, xalqımı, millətimi çox sevirəm və burada olan soydaşlarımızdan o təsəllini alıram, Vətən həsrətini onlarla ünsiyyətdə olaraq, problemlərini həll etməklə aradan qaldırmağa çalışıram. Şükürlər olsun ki, rez-tez Vətənə gəlib-gedirik. Keçən il, 10 noyabr tarixində ümummilli liderimizin, Ulu öndərin 100 illiyi ilə bağlı keçirilən böyük bir konfransda iştirak etdim. 2022-ci ildə mənə qismət oldu ki, Azərbaycanın gözəl guşəsi olan Qarabağı, Şuşanı ziyarət edim. Allah hər birimizə bunu nəsib eləsin. Vətənimizə, torpaqlarımıza sülh və əmin-amanlıq gəlsin. Mən bu arzularla yaşayıram, bunları mən görmək istəyirəm. Ali Baş Komandanımız Cənab İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verir, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğu, müstəqilliyinin daha da möhkəmləndiyi artıq göz qabağındadır.



Süleyman İsmayılbəyli
Xəbəri paylaş