Türkiyə dedikdə ilk yada düşən tarixi abidələri, turistlər üçün möhtəşəm istirahət mərkəzləri göz önünə gəlir. Türkiyə bəlkə də dünyanın yeganə ölkələrindən biridir ki, həm dəniz, əyləncə, tarixi yerlərə səyahət, həm də bəlkədə dünyanın ən ucuz alış veriş məkanlarına sahibidir.
Türkiyənin məşhur turizm bölgələrindən biri sayılan Didim Bodrumla Kuşadasının arasında yerləşən bir şəhərdir. 100 min əhalisi olan Didimdə 16 məhəllə var. Bodrumdan bura 110, Kuşadasından 70 km-dir. Güllük Korfəzini əhatəyə alan Didim yarımadadır, 90 km-lik sahili boyunca narın qumsallığı olan onlarla çimərliyi var. Onların arasında ən məşhuru Altunkum sayılsa da, biz meşəylə iç-içə olan Akbükü də bura əlavə edərdik.
Didim mahalında ilk məskunlaşma izləri Neolit dövrünə (e.ə. 8000) aiddir. Eramızdan əvvəl 16-cı əsrdə Miken, Krit və daha sonra Aka koloniyaları burada mövcud olub. Farslar, Romalılar və Bizanslılardan sonra, 1071-ci ildə Malazgirt döyüşündən sonra Anadolunun qapıları türklərin üzünə açıldıqdan sonra ilk olaraq Kariya adlandırılan bu bölgə türklərin əlinə keçib. 1-ci Səlib yürüşündən sonra bu bölgə yenidən Bizansın əlinə keçir. 1261-ci ildən sonra Kariyada Menteşe bəyliyinin qurulması ilə Didim və ətrafı bu bəylik tərkibinə daxil edilir
Osmanlı İmperiyası dövründə “Yeronda – Yoran” adıtanınır. 23 mart 1924-cü il Lozanna müqaviləsinə uyğun olaraq Salonikinin Pravuşta bölgəsi və kəndlərindən (Küçkar, Devekıran) gələn mübadilələr Didimin ilk sahibləri oldu. Yorandan gedən yunanlar isə Yeni Yoran mənasını verən Nea Yerondada bir kənd qurdular.
1955-ci il zəlzələsindən sonra xalq arasında “Hisar” adlandırılan Yoran dövlət tərəfindən tikilən evlərinə köçürüldükdən sonra “Yenihisar” adını alır. Didim və ətrafı 9 may 1990-cı ilə qədər Söke mahalının tərkibində olduğu halda, mərkəz Yenihisar, Akbük, Akyeniköy qəsəbələri və Akköy, Balat, Batıköy, Denizköy və Yalıköy kəndləri olmaqla, qanunla Milas mahalından alınan Akbük ilə rayon oldu. 1999-cu ildə dünyanın yalnız bir yerində yerləşən və kökü “Didymaion”dan gələn Yenihisar mahalının adı oxşarlığa meyl etməmək üçün Didim olaraq dəyişdirilir.
Didimin iqtisadiyyatı ilk növbədə turizmə, ikincisi isə kənd təsərrüfatına əsaslanır. Əvvəllər tarla məhsulları arasında tütün birinci yerdə idisə, tütün istehsalına qoyulan məhdudiyyətlərdən sonra camaat tütünçülüyü dayandırdı. Bu gün zeytun və əncir birinci yerdədir. Son illərdə zeytun yağı istehsalı artıb. Onun istehsalı üçün zeytun yağı zavodları da var.
Əhalinin başqa bir dolanışıq yeri balıqçılıqdır. Burada balıq zavodları da fəaliyyət göstərir. Heyvandarlıq istehlak tələbatını ödəməyə kifayət edir, xüsusilə xırdabuynuzlu heyvandarlıq aparıcı yer tutur.Yay aylarında xeyli sayda turistin gəldiyi bölgədə iqtisadiyyata müsbət təsir göstərir. Altınkum çimərliyi və Apollon məbədi bölgəyə gələn turistlər arasında çox populyardır.
Türkiyənin ilk və yeganə veqan festivalı olan “Didim VegFest” 2018-ci ildən bəri rayonda qeyd olunur. Festival Apollon məbədinin yanındakı tarixi yolda keçirilir. Vegan delikateslərinin yer aldığı festivalda türk mədəniyyəti ilə iç-içə bir çox şou və tədbirlər keçirilir. Dünyanın bir çox yerindən qonaqlar qəbul edilir və rayon iqtisadiyyatına mühüm töhfə verilir.
Didimdə baxmalı, gəzməli nə var, soruşsaz, Altınkum ətrafında yerləşən turizm şirkətləri sizə çeşidli xidmət təklif edə bilər. Çünki yaranması eramızdan 8000 il əvvələ, Neolit dövrünə qədər gedib çıxan roma-yunan şəhəri Didim tarixi yerlərlə zəngindir. Şəhərin yaxınlığında e. ə. 600-cü ildə tikildiyi güman edilən Apollon Məbədinin, ilk filosofların bu ərazidə yaşadığı ilə bağlı əfsanələr dolaşan Filosoflar şəhəri Miletin xarabalıqları tarixsevər turistlər üçün sevimli yerlərdən biri sayılır.