Alkoqol istifadəsi və asılılığı insanlarda bir sıra fısadlara yol açır.
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, bu hissə yüksək dərəcədə qan-etanolun orqanizm üzərində yarada biləcəyi bəzi zərərli təsirləri araşdırır:
"Həm “hangover” (axşamdan qalma-paxmel) kimi qısa müddətli problemlər həm də nizamlı ağır içmə ilə bağlı uzunmüddətli sağlamlıq problemləri üzə çıxır. Bu hissə etanolun orqanizmin müxtəlif orqanları üzərindəki bioloji təsirləri ilə bağlı olmaqla yanaşı ağır içmənin sosio-iqtisadi təsirlərinin də çox ciddi olduğunu xatırlamaq vacibdir. İçən insanın qanındakı etanol konsentrasiyası artdıqca qarşılaşdığı artan risklərin bəzilərini göstərir. Etanolun əsas kəskin təsirləri sinir sisteminə yönəlmişdir və artan neqativ psixoloji vəziyyət, qəza, şiddət və sosial baxımdan qeyri-adekvat davranış riskinə səbəb olur. Alkoqol eyni zamanda, beynin hissi və motor hissələri arasında koordinasiyanı pozur, bu da nitq pozuntusu, daha az nəzarət olunan davranış, gecikmiş reaksiya müddəti və mühakimə səhvlərinə səbəb olur".
Psixoloq deyib ki, sürücülər üzərində aparılan testlər, idarəetmə problemlərinin təxminən 20 mq 100 ml-lik qan-etanol konsentrasiyasında (BAC) başladığını və 80 mq 100 ml-lik BAC-da iki qatdan artıq maşın qəzasına qarışma riskini göstərmişdir.
Anar Əliyev