Ermənistanın 44 günlük Vətən müharibəsi ilə biabırçı məğlubiyyətə uğrayıb kapitulyasiya aktına imza atmasına baxmayaraq, ötən 4 ilə yaxın müddət ərzində hələ də bu ölkədən revanşist fikirlər, təxribatçı hərəkətlər müşahidə edirik. Azərbaycanla sülh müqaviləsi imzalayıb bizimlə dinc yanaşı yaşamaq deyil, yenidən separatizmə, işğalçılıq siyasətinə haırlaşırlar. Elə ləğv edilmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyanın təxribat xarakterli fikirləri də belə deməyə əsas verir. Separatçı lider sonuncu açıqlamasında yenidən öz bədnam niyyətini sərgiləyib. O Qarabağı nəzərdə tutaraq bildirib ki, vətənimizə qayıdıb uğur qazanacağımıza ümidliyəm. Şahramanyan bir qədər də irəli gedərək deyib ki, Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmimizdədir. Hazır olmalıyıq. Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”.
Maraqlıdır ki, separatçı Şahramanyanın təxribat xarakterli açıqlamalarına Ermənistan rəhbərliyi heç bir əks reaksiya sərgiləmir. Bu isə Ermənistan rəhbərliyinin də əslində separatçıları dəstəkləməsindən xəbər verir. Əks təqdirdə Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin detallarının müzakirə edildiyi bir ərəfədə bu kimi təxribatçı, pozuculuğa hesabıanmış fikirlərin ictimailəşdirilməsinə qarşı adekvat addım atar, separatçıların sonuncu “lideri” haqqında lazımı ölçü götürərdi. Görünür, hələ də Ermənstanda Şahramanyan kimiləri Azərbaycanın “Dəmir Yumruğu”nun yerində olduğu və istənilən təxribatçı əmələ qarşı sərt zərbənin vuralacağının fərqində deyillər. İstər Şahramanyan, istərsə də onun ideyasına şərik olanlar bilməlidirlər ki, bu cür əməllər Ermənistanı acı sonluğa, bədbəxtliyə aparır.
Digər tərəfdən Samvel Şahramanyanın sayıqlamaları onu göstərir ki, artıq mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişib. Necə ki, Şahramanyan Qarabağdan gedən ermənilərin yenidən ora qayıtmasının vacibliyini vurğulayırsa, eləcə də Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın yenidən öz ata-baba yurdlarına geri dönməsi təmin ediıməldir. Ermənilərə Qarabağda qalıb azərbaycanlılarla birlikdə, dinc, yanaşı yaşamaq üçün hər bir şərait yaradıldığı halda, Qərbi Azərbaycandan olan soydaşlarımız isə zorla yurd yerlərindən qovulub, deportasiya ediliblər. Ona görə də azərbaycanlıların öz doğma torpaqlarına, tarixi yurd yerlərinə qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır.
Bu baxımdan Azərbaycanın yeni tərkibi formalaşmış Milli Məclisində Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradıla bilər.
Süleyman İsmayılbəyli