Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədr müavini böyük britaniyalı jurnalistə müsahibə verib

Dövlət Komitəsinin sədr müavini böyük britaniyalı jurnalistə müsahibə verib


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Böyük Britaniyanın Ekspres Qəzetində Xəbərlər Departamentinin sabiq rəhbəri, bir sıra nüfuzlu mətbu orqanlarla əməkdaşlıq etmiş müstəqil jurnalist Paul Baldvinə müsahibə verib.

Newscenter.az xəbər verir ki, müsahibə zamanı sədr müavini əvvəlcə Komitənin yaranma tarixi, Azərbaycan torpaqlarının işğal altında olduğu 30 illik dövr, çadır şəhərcikləri və onların aradan qaldırılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə başçısı tərəfindən davam etdirilən siyasət nəticəsində məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində Dövlətimizin əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəldiyi ilk dövrdən məcburi köçkünlərə dəstək göstərilməsi, onların həyat səviyyəsinin mümkün çərçivədə artırılması, çadır şəhərciklərinin ləğv edilməsi istiqamətində xeyli işlər görülüb. O cümlədən, Birinci vitse prezident Mehriban xanım Əliyeva həssas kateqoriyaya aid olan bu qrup insanlara xüsusi həssaslıqla yanaşır, onların problemlərini daim diqqətdə saxlayır.

Daha sonra əcnəbi jurnalistə 44 günlük vətən müharibəsindən, işğaldan azad edilmiş ərazilərdə post müharibə dövründə aparılan tikinti, bərpa-quruculuq işlərindən danışılıb. Bildirilib ki, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, könüllü, ləyaqətli və təhlükəsiz qayıdışın təşkili istiqamətində mühüm işlər davam etdirildiyi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beş əsas istiqamətindən birinin qayıdış və məskunlaşma olduğu qeyd edilib.

F.Hüseynov vurğulayıb ki, məcburi köçkünlər arasında sorğuların aparıldığını, əhalinin mütləq əksəriyyətinin Böyük qayıdışa hazır olduğunu, o cümlədən işğaldan azad edilmiş ərazilərə 8000-dək insan artıq köçürülüb və daimi məskunlaşdırılıb.

Daha sonra Böyük qayıdış prosesində ən böyük maneənin mina və partlamamış hərbi sursatların olduğu, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina və partlamamış hərbi sursatlar yerləşdirildiyi, bugünədək 350-dən çox mina qurbanının olduğu və PHS-lərin köç prosesini ləngitdiyi vurğulanıb.

Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, jurnalistin çoxsaylı sualları cavablandırılıb.

Süleyman
Xəbəri paylaş