Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yarandığı dövrdə böyük işlər görüb, bu gün isə... - Müsavat Partiyasının son halı...

Yarandığı dövrdə böyük işlər görüb, bu gün isə... - Müsavat Partiyasının son halı...


Hüquq müdafiəçisi Novella Cəfəroğlunun uzun illər üzv olduğu, fəaliyyətində yaxından iştirak etdiyi Müsavat partiyasından istefa verməsi xəbəri məni təəccübləndirdi. Novella xanımın açıqlamasını oxuduqdan sonra isə məsələ mənim üçün aydın oldu.

Yarandığı dövrdə böyük işlər görən, XX əsrin əvvəllərində AXC-nin yaranmasında böyük xidmətləri olan bir partiya bu gün öz üzvləri ilə fikir ayrılıqları yaşayır. Novella Cəfəroğlu ilə Müsavat Partiyasının rəhbərliyi arasında 1 sentyabr parlament seçkilərinə münasibətdə fikir ayrılığı yaranıb. Belə ki, N.Cəfəroğlunun rəhbərlik etdiyi “Mənim səsim” seçki Monitorinq Koalisiyasının seçki günü ilə bağlı hazırlayıb yaydığı hesabatda seçkilərin heç bir problem yaşanmadan, qanunauyğun və düzgün keçirildiyinin bildirilməsi Müsavat Partiyasının rəhbərliyini narazı salıb. Onlar bu hesabatdakı fikirlərlə Müsavat Partiyasının seçkilərlə bağlı mövqeyinin bir-birinə zidd olduğunu, hesabatın reallığı əks etdirmədiyini əsas göstərək Novella Cəfəroğlundan izahat tələb ediblər.

Keçən əsrin 80-90-cı illərində AXCP-Müsavat cütlüyünün xalqımızın, dövlətçiliyimizin başına nələr gətirdiyini hər birimiz bilirik. Təəssüf ki, Müsavat Partiyası çoxdan öz yolunu itirib. Partiyanın qurucularının məqsəd və məramı zamanında tamam başqa olub. Bu gün partiyaya rəhbərlik edənlər isə öz sələflərinin irsinə sadiq qalmayaraq yollarını azıblar. QHT koalisiyasının müsbət rəyi Müsavat partiyasının rəhbərlərini ona görə narahat edirki onlar seçki prosesində öz istəklərinə nail ola bilmirlər. Şəxsi mənafe, mənfəət üçün yaşayan, çalışan partiya rəhbərliyindən başqa nə gözləmək olardı ki? Tanınmış hüquq müdafiəçisini, 30 illik siyasi həmfikiri haqlı mövqeyinə görə aşağılamaq, ondan izahat tələb etmək siyasi etikadan kənar addımdır ki, buda Müsavat rəhbərliyindən gözlənilən reaksiya idi. Novella Cəfəroğlunun verdiyi qərarı haqlı hesab edir və dəstəkləyirəm. Qeyri obyektiv siyasi mövqeyin mövcud olduğu, partiyalıqdan çoxdan çıxmış bir siyasi təşkilatda, son olanlardan sonra qalmaq həmin şəxsin özünə qarşı hörmətsizliyi olardı.

Anar Salehoğlu, ictimai fəal
Xəbəri paylaş