Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Azərbaycana hücum edə bilərmi?

İran Azərbaycana hücum edə bilərmi?



Son günlər İranın Azərbaycana hücum ehtimalı barədə müzakirələr çoxalıb. Əslində bu ehtimal heç vaxt istisna olunmayıb, ancaq faktiki İranın Azərbaycana qarşı bir başa hərbi müdaxilə ehtimal dərəcəsi çox aşağıdır. Əlbəttə ki, İran siyasi elitası Azərbaycana qarşı müharibənin bir başa özünə qəsd olduğunun şübhəsiz ki, fərqindədir.

Reallıqda İranın Azərbaycana hücum variantı imkanından kənar olsa da həmişə stol üstündədir. Sözsüz ki, İranı bu avantyuraya sovq edən İranın öz siyasətinin doğurduğu nəticələridir. Əvvəla, İndiki İranın oborogen əhalisinin yarıdan çoxunun azərbaycanlı olması və Azərbaycanın böyük güclərin Ermənistana havadarlığına baxmayaraq Ermənistan üzərində möhtəşəm qələbəsi, Cənubi Azərbaycanın müstəqilliyi üçün mənəvi və siyasi bazaya çevrilib. Hərçənd ki, 1813-cü ildən Azərbaycanın bölünməsindən bu yana İran tərkibindəki Cənubi Azərbaycanın istiqlalı zaman-zaman İran üçün böyük və təbii təhlükə olaraq qalır.

Teokratik idealogiya üzərində qurulan İran dövləti artıq öz daxilində belə dini mənsubiyyət faktorunun, idealogiyasının mənəvi dayaqlarını itirib. İran dövlətinin mövcudluğu üçün dini idealoji bazanın mənəvi dayaqlarının məhvi dövlətin özünün məhvinə aparır. İsrailin dəfələrlə İran paytaxtında belə hərbi əməliyyatlar keçirməsi, liderlərin öldürülməsi, həmçinin xaricdə İranla əlaqəli yüksək çinli şəxslərin İsrail tərəfindən qətlə yetirilməsi və İranın İsrailə "qorxunc" bəyanatlardan başqa bir cavab vermək iqtidarında olmaması İran dövlətinin real hərbi və siyasi-diplomatik imkanlarını ifşa edib.

Xüsusən, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra, İranın yeni seçilmiş prezidenti Masud Pezeşkianın inauqurasiya tədbirinə qonaq olan "Həmas" -ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öz iqamətgahında öldürülməsi, nəhayət "Hizbulla" lideri Həsən Nəsrullahın və onunla birlikdə
İran generalı Abbas Nilfaruşan hansı ki, dəfələrlə Azərbaycanı hədələyib
Beyrutda öldürülməsi, İran dövlətinin Ali Rəhbəri Əli Xamenei-nin təhlükəsizlik məqsədi ilə yerini dəyişməsi sözsüz ki, İran dövlətinin real imkanlarının, hərbi gücünün acınacaqlı vəziyyətinə əlavə sübuta ehtiyac qoymur. Yeri gəlmişkən, İranın indiki vəziyyəti onu Rusiyanın ətəyindən daha da möhkəm yapışmağa məcbur edir.

İranın Azərbaycana hücum ehtimalı beynəlxal geosiyasi vəziyətə və hərbi imkanlarına söykənən imkandır. Beynəlxalq geosiyasi vəziyət və hərbi gücü İranı bu addımdan çəkindirən reallıqdır.
İran siyasi rəhbərliyi düşündürən əsas məqam, İran ordusunun şəxsi heyyətinin yarıdan çoxunun və rəhbərliyinin etnik azərbaycanlılardan ibarət olmasıdır. Əlbəttə ki, İran Cənubi azərbaycanlıların öz milli dövlətinə qarşı vuruşacaqlarına ehtiyatla yanaşır.

Digər və ən əsas şərt isə Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş ruhu və qəhrəmanlığıdır hansı ki, dünyanın ən güclü ordularından biri, ən yüksək döyüş qabiliyyətli ordudur. Azərbaycan Ordusu digər güclərlə yanaşı, İranın da himayə etdiyi Ermənistan ordusunu qısa müddətdə məğlub etdi. Vətən müharibəsində İran Azərbaycan ordusuna mane olmağa çalışsa da nəticə əldə edə bilmədi və İran bunu unutmuş deyildir.

Həmdə, İranı Azərbaycana qarşı hücumdan çəkindirən Azərbaycanın Türkiyə və Rusiya ilə müttəfiqlik anlaşması, Pakistanla strateji müttəfiqlik səviyyəsində olan dostluq münasibətləridir. Heç şübhəsiz ki, İranın Azərbaycana hücumu, başda ABŞ və İsrailin olmaqla bir çox Qərb ölkələrinin (hamısının yox) arzuladığı İranı parçalamağa imkan verən beynəlxalq siyasi şərait yaradacaq.

İran dövlətinin Azərbaycana qarşı bir başa müharibə ehtimalı çox zəif olsa da, İran prezidenti Masud Pezeşkianın əslən azərbaycanlı olması ilə İranın Ali rəhbəri Əli Xamenei Cənubi və Şimali azırbaycalılar arasında mənəvi birliyi zədələmək, qarşılıqlı nifrət yaratmaq üçün avantürist gedişlər edə biləcəyi istisna edilməməlidir.

Vüqar Dadaşov
Xəbəri paylaş