Azərbaycan bütün qonşu ölkələri sülh və əməkdaşlıq yoluna, həmrəyliyə dəvət edir

"Rusiya və İranın Azərbaycana qarşı təhdid və təzyiqləri artırdıqları bir vaxtda rəsmi Bakının Ankara ilə qardaşlıq və strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirməsi təbiidir. Azərbaycan həm şimal, həm də cənub qonşumuzla münasibətləri həmişə konstruktiv müstəvidə saxlamağa....
Lənkəranda sərnişin avtobusu minik maşınının üzərinə aşıb, çox sayda yaralı var

Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. “Report”un yerli bürosunun məlumatına görə, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilib. Xəsarət alanlar....
Tənzilə Rüstəmxanlının Tanrı sevgisi hansısa dindara münasibətlə eyni ölçülə bilməz

"Tənzilə Rüstəmxanlının Tanrı sevgisi, dinə münasibəti hansısa dindara münasibətlə eyni ölçülə bilməz. Dindar və ya dini təbliğ edən şəxsin vəfatı, vətən uğrunda qan tökmüş müqəddəs amal uğrunda şəhid onlarla eyni zirvəyə qoyula bilməz, qoyulmamalıdır". Newscenter.az xəbər verir ki,....
Cahangir Hüseyn Əfşarın "Nadir şah" əsəri haqda film çəkilir

Sabiq millət vəkili, tarixi romanlar müəllifi Cahangir Hüseyn Əfşarın "Nadir şah" əsəri haqqında film çəkilir. Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı müəllif özü verib. Bildirib ki, film Azərbaycan Əfşar dövlətinin yaranmasının 288, bu dövlətin banisi Nadir şah Əfşarın anadan....
Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8 %-i qədər olub. Newscenter.az bu barədə....
Prezidentin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Newscenter.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Sevinc Mehdiyeva....
Asayişin bərqərar olması üçün məcburi tədbirlərdən istifadə etmək lazımdır-TOKAYEV

"Ölkədə asayişin bərqərar olması üçün məcburi tədbirlərdən də istifadə etmək lazımdır. Dünya təcrübəsi göstərir ki, onsuz nizam-intizam yaratmaq mümkün deyil". Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunları Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.....
Yeni dəmir yolu xətti çəkiləcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni dəmir yolunun tikintisinə başlamaq barədə göstəriş verib. Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Prezidentin sözlərinə görə, biz yükdaşımalarda üstünlüklərdən tam və səmərəli istifadə etməliyik. Bu baxımdan Qazaxıstandan....
Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq. “Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İT və....
Sabah hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan....
Ərdoğanın Azərbaycana səfəri həssas dövrə təsadüf edəcək

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın gələn ay Azərbaycana planlaşdırılan səfəri həssas dövrə təsadüf edəcək". Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiya və İranın Azərbaycana qarşı təxribatlarını artırdıqları dövrdə ölkəmizin....
Ölkə gənclərinə həsr olunan özəl bir tarix

"2 Fevral - Azərbaycan Gəncləri Günü, ölkənin gənclərinə həsr olunan özəl bir tarixdir. Bu günün qeyd olunmasına 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı əsasında başlanılıb. O zamandan etibarən, 2 Fevral gənclərin nailiyyətlərini dəyərləndirmək, onların problemlərinə diqqət çəkmək və....
Meksika körfəzinin adı “Amerika Körfəzi” adlandırılacaq

Google Xəritələri Meksika körfəzinin adını “Amerika Körfəzi” adlandıracaq. Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu ABŞ prezidenti Donald Trampın göstərişi əsasında olacaq. Belə ki, Google, ABŞ prezidenti Donald Trampın göstərişinə uyğun olaraq xəritələr tətbiqində "Meksika....
Sərnişin avtobusu qəzaya uğradı, çoxlu sayda yaralı var

İstanbulda 3 sərnişin avtobusu qəzaya uğrayıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbul Başakşehirdə eyni yerdə 3 avtobusu və bir yük maşınının iştirakı ilə qəza baş verib. Qəza zamanı çox sayda insan xəsarət alıb. Qəza zamanı avtobusun içərisində olan vətəndaşlardan bəziləri....
"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" mövzusunda təlim keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri üçün təlimlərə start verilib. Newscenter.az xəbər verir ki, "Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" mövzusunda ilk təlim paytaxtdakı 44 nömrəli tam orta məktəbdə....
DİN süni intellektlə bağlı xəbərdarlıq edir

Daxili İşlər Nazirliyi süni intellektlə bağlı əhaliyə xəbərdarlıq edib. Bu barədə Newscenter.az-a nazirlikdən məlumat verilib. Xəbərdarlıqda bildirilib ki, süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur: "Etibarlı....
15 vəkil intizam məsuliyyətinə cəlb edilib, 11 vəkilə isə xəbərdarlıq edilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə Newscenter.az-a Kollegiyadan məlumat verilib. Bildirilib ki, yanvar ayının 27-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilk iclası keçirilib. İclasda çıxış edən Kollegiyanın sədri Anar....
Qlobal proseslər ölkənn iqtisadi vəziyyətinə təsir edəcək -

Qlobal proseslər ölkəmizin iqtisadi vəziyyətinə təsir edəcək. Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. Prezident deyib ki, hazırda dünyada əsaslı dəyişikliklər gedir: "Aydındır ki, qlobal proseslər, ilk....
Zabuxçay su anbarının tikintisi başa çatdırılıb

Türkiyənin “Cengiz İnşaat” şirkəti Laçın rayonundakı Zabuxçay su anbarının tikintisini başa çatdırıb. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin layihə meneceri Əkrəm Tütüncü bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd....
İmişlidə 80 kiloqram narkotik aşkarlanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları İmişli rayonu ərazisində tədarükçü-ekspeditor narkoşəbəkənin üzvlərini ifşa ediblər. Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Elşən Əliyev və 32 yaşlı....