
"2 Fevral - Azərbaycan Gəncləri Günü, ölkənin gənclərinə həsr olunan özəl bir tarixdir. Bu günün qeyd olunmasına 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı əsasında başlanılıb. O zamandan etibarən, 2 Fevral gənclərin nailiyyətlərini dəyərləndirmək, onların problemlərinə diqqət çəkmək və ölkənin inkişafında gəncliyin rolunu vurğulamaq məqsədi daşıyır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nəzrin Bayramova səsləndirib. O deyib ki, Prezident İlham Əliyevin gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin bu sahədə qoyduğu təməllər üzərində inşa edilmiş və daha da genişləndirilmişdir:
"Prezident cənab İlham Əliyev gənclərin potensialını ortaya çıxarmaq və onlara dəstək olmaq istiqamətində çoxşaxəli proqramlar tətbiq olunmuşdur. Gənclər siyasətinin əsas istiqamətləri aşağıdakıları özünə daxil edir.
Prezident İlham Əliyev gənclərin keyfiyyətli təhsil almaları üçün xaricdə təhsil proqramlarının genişləndirilməsi, yerli universitetlərin inkişafı və yeni texnologiyalara əlçatanlığın asanlaşdırılması istiqamətində addımlar atılmışdır. Təhsil sahəsində olan bu islahatlar gənclərin beynəlxalq müsabiqələrdə nailiyyətlər qazanmasına şərait yaratmışdır".
Anar Əliyev