Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Asayişin bərqərar olması üçün məcburi tədbirlərdən istifadə etmək lazımdır-TOKAYEV

Asayişin bərqərar olması üçün məcburi tədbirlərdən istifadə etmək lazımdır-TOKAYEV



"Ölkədə asayişin bərqərar olması üçün məcburi tədbirlərdən də istifadə etmək lazımdır. Dünya təcrübəsi göstərir ki, onsuz nizam-intizam yaratmaq mümkün deyil".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunları Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

Dövlət başçısı vurğulayıb ki, bəzi vətəndaşlar ölkəni ələ salmağa həvəs göstərirlər:

"Məsələn, başqa ölkələrin nümayəndələri heç yerdən "böyük nailiyyətlər və uğurlar" tapır və onları xaricdə hərtərəfli təbliğ edirlər. Vətəndaşlarımız, o cümlədən şou-biznes nümayəndələri, özünü "ictimai fəal" hesab edən gənclər, hətta deputatlar isə bəzən ölkəmizi ələ salırlar",-deyə Tokayev qeyd edib.

Anar Əliyev
Xəbəri paylaş