"Heç bir şübhə yoxdur ki, Avropa İttifaqı müşahidə missiyasının məqsədi Cənubi Qafqazda sülhün təmin olunması deyil. Bu gün adı çəkilən missiya yalnız Ai-nin Cənubi Qafqaz maraqlarının təmin olunması istiqamətində fəaliyyət göstərir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, əslində bu missiya yaradılanda Azərbaycanın icazəsi ilə, tərkibi 40 nəfərdən ibarət olmaqla iki aylıq müddət üçün yaradılmışdı:
"Lakin sonradan ölkəmizlə razılaşdırılmadan, birtərəfli qaydada missiyanın müddəti iki ik artırıldı və tərkibi Aİ-yə aiddiyyatı olmayan Kanadadan olan nümayəndələr də əlavə olunmaqla 200 nəfərə çatdırıldı. Missiyanın tərkibinin genişlənməsi, eləcə də bu tərkibə hərbçilərin, polis və jandarm qüvvələrinin əlavə edilməsi missiyanı faktiki olaraq mülki missiya olmaqdan çıxardı.
İndi isə missiyanın müddətinin 2027-ci ilə qədər artırılması və 44 milyon dollaradan çox büdcə ayrılması, eləcə də bu fəaliyyətə hərbi-texniki sursatların təchizatı məsələsinin də daxil edilməsi onu göstərir ki, Aİ və Ermənistan ölkə daxilində faktii olaraq yeni hərbi struktur formalaşdırılar.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu missiyanın fəaliyyəti regionun təhlükəsizliyinə təhdid yaradır və Azərbaycanın maraqlarına uyğun deyil. Çünki missiyanın fəaliyyəti özündə Ermənistan sərhədlərində kəşfiyyat məlumatlarının toplanmasını, müşahidə missiyanın gələcəkdə tam hüquqlu hərbi missiyaya çevrilməsini ehtiva edir. Ermənistanın sürətli şəkildə silahlandırılmasının da arxasında gələcək hərbi kontinqent üçün silah və texnika tədarükü dayanır. Əgər məqsəd həqiqətən də Azərbaycan və Ermənistan arasında sülhə dəstək verməkdirsə, o zaman missiya nümayəndələrinin zaman-zaman Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədlərində görünməsi və ya Rusiya hərbi bazasının yerləşdiyi Gümrüdə müşahidə həyata keçirməsi necə izah oluna bilər. Demək ki, missiyanın əsas məqsədlərindən biri məhz elə kəşfiyyat işinin həyata keçirilməsi ilə bağlıdır".
Yusif Bağırzadə bildirib ki, missiya həmçinin zaman-zaman şərti sərhəddə müşahidə apararaq sərhəd istiqamətində boşluqları təyin etməklə Erməni silahlı qüvvələrinə həmin istiqamətdə möhkəmlənmək üçün tədimatlar da hazırlayır:
"Buraya həmçinin Ermənistan tərəfini şərti sərhəddə mümkün təxribatlara hazırlamaq və bununla da Azərbaycanın cavab tədbirləri fonunda Ermənistanın təhlükəsizliyi ilə bağlı hay-küy salaraq həm Ermənistanda möhkəmlənmək, həm də Azərbaycanla bağlı yalnış beynəlxaq rəy formalaşdırmaq da daxildir.
Bütün bunlar onu deməyə əsas verir ki, missiya öz fəaliyyəti və mövcudluğu ilə Azərbaycan və Ermənistan arasında sülhə bir nömrəli əngəldir və məhz elə bunu nəzərə alaraq da Azərbaycan tərəfinin sülh sazişi üçün əsas şərtlərindən biri də həmin missiyanın Ermənistandan çıxarılması ilə bağlıdır".
Süleyman