
Pakistan 2027-ci ilin ilk günündə Avrasiya İqtisadi İttifaqı (AİB) ilə sərbəst ticarət sazişi (FTA) üzərində işə başlamağı və altı ay ərzində tamamlamağı planlaşdırır.
Newscenter.az[code][/code] xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi TASS-a verdiyi müsahibədə bildirib.
Diplomat qeyd edib ki, 1 yanvarda Pakistan Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişi üzrə danışıqlara başlayacaq. Pakistanın Baş naziri Şahbaz Şərif bu işi başa çatdırmaq üçün 30 iyun tarixini müəyyən edib.
Qeyd edək ki, AİB-in bir neçə ölkə ilə sərbəst ticarət müqavilələri var və daha bir neçə ölkə ilə danışıqlar aparılır. Vyetnam, Serbiya, İran, İndoneziya, BƏƏ və Monqolustanla müqavilələr artıq qüvvəyə minib və ya həyata keçirilir. AİB-in Çinlə də ticarət və iqtisadi əməkdaşlıq haqqında müqaviləsi də var.
Leyla













































