Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abu Dabi görüşü sülh sazişinin imzalanması prosesinə ciddi təkan verəcək

Abu Dabi görüşü sülh sazişinin imzalanması prosesinə ciddi təkan verəcək


Abu-Dabidə Azərbayccan Prezidenti İ.Əliyevlə erməni baş naziri N.Paşinyanın görüşləri Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinə ciddi təkan verəcək. İlk dəfə idi ki, Ermənistan-Azərbaycan arasında vasitəçisiz olaraq normallaşma məsələsini müzakirə edilirdi və müsbət nəticələr də qazana biliblər. 5 saat davam edən müzakirələrdə tərəfləri maraqlandıran mövzular ələ alınıb və delimitasiya prosesinin sürətləndirilməsi, dəhlizin açılması, nəqliyyat kommunikasiya xətlərinin bərpası, işçi qruplarının fəaliyyətinin sürətlənməsi kimi vacib razılaşmalar əldə edilib.

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov səsləndirib. Onun sözlərinə görə, növbəti mərhələlərdə mümkündür ki, Azərbaycanın irəli sürdüyü şərtlərdən biri ATƏT Minsk qrupunun buraxılması barədə də birgə sənəd imzalanması baş tutsun:

"Çünki bunu etmək elə də çətin deyil. Ermənistanda Konstitusiya dəyişikliyinə daxili ictimai-siyasi böhran vəziyyətində gediləcəyi və lazımı nəticələrə çatılacağı çətin olduğundan, bunun uzanması 2026-cı il seçkilərindən sonraya saxlanılması istər-istəməz sülh müqaviləsini yubadır. Həmin vaxtadək iki ölkə arasında həlli mümkün problemləri razılaşdırmaq və gərginliyə səbəb olacaq halların qarşısını almaq vacibdir. Çünki həm Ermənistanın daxilində, həm də xaricində revanşist və destruktiv qüvvələr Azərbaycanla gərginliyə can atır, iki ölkə arasında qızışdırıcılıq etməyə çalışır. Belə qüvvələrə isə qətiyyən imkan vermək olmaz".

Süleyman
Xəbəri paylaş