
Özbəkistan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı layihələrində fəal iştirak edir. Bu marşrutlardan biri Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistandan keçir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu “Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğu”nun ANT departamentinin rəis müavini Natalya Zadonskaya deyib.
Onun sözlərinə görə, Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə edən dəhlizdə çox mühüm rol oynayan Özbəkistan, hətta Rusiya Federasiyasını bu marşrut üzrə yükdaşımalara qoşulmağa təşviq edir.
"2024-cü ildə Rusiya və Özbəkistan hökumətləri Özbəkistana Rusiyanın QLONASS qlobal naviqasiya sisteminin yüksək dəqiqlikli siqnalına çıxışı təmin etmək üçün saziş imzalayıblar. Hesab edirəm ki, bu, həm də ölkələrimizin bu istiqamətdə fəal əməkdaşlığının əlamətidir",-deyə o, bildirib.
Anar Əliyev